525.Az

Səlim Müslümov Qənirə Paşayevanın təklifini nəzərə alacaq


 

Səlim Müslümov Qənirə Paşayevanın təklifini nəzərə alacaq<b style="color:red"></b>

Səlim Müslümov millət vəkilinin bankomatlarla bağlı təklifinin nəzərə alındığını dedi

“Yaxın zamanlarda Tovuz rayonunun Ermənistanla sərhəd kəndlərinin bankomatlarla təmin edilməsi məsələsi öz müsbət həllini tapacaq”.

525.az-ın məlumatına görə, bunu 2013-cü il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) növbəti il üçün büdcəsinin təsdiqinə həsr olunmuş parlamentin növbəti plenar iclasında çıxışı zamanı DSMF sədri Səlim Müslümov dilə gətirib.

Fondun sədri bildirib ki, bankomatlarla bağlı büdcə müzakirələri zamanı qaldırılmış məsələ bir daha müzakirə olunub və onların sayının yerlərdə, o cümlədən Tovuz rayonunun sərhədyanı kəndlərində artırılması qərara alınıb.

Qeyd edək ki, Tovuz rayonunun sərhədyanı kəndlərinin bankomatlar problemini bir müddət öncə dövlət büdcəsinin və DSMF-nin büdcəsinin müzakirələri zamanı sözügedən rayondan olan millət vəkili Qənirə Paşayeva dilə gətir
mişdi.

Millət vəkili
o zaman  qeyd etmişdi ki,  təmsilçisi olduğu bölgənin, xüsusilə sərhəd kəndlərinin bankomatlar problemi var və bu problem tezliklə aradan qaldırılmalıdır.

Kamil Həmzəoğlu
 





30.11.2012    çap et  çap et