525.Az

Kerri ilə Lavrov arasında görüş olacaq


 

Kerri ilə Lavrov arasında görüş olacaq<b style="color:red"></b>

Martın 1-də Cenevrədə ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olacaq.

APA-nın məlumatına görə, bu barədə “Kommersant” qəzeti xəbər verib.
 
Qeyd olunur ki, danışıqların əsas mövzusu Ukraynadakı vəziyyət  olacaq. Diplomatik mənbələrdən daxil olan məlumatlara əsasən, görüşdə münaqişənin nizamlanma  yolları və Minsk protokolunun icrası müzakirə ediləcək.
 
Qəzet həmçinin yazır ki, Rusiya xarici işlər idarəsinin başçısı martın 2-də Cenevrədə BMT Insan Haqları Şurasının 28-ci sessiyasında çıxış edəcək.

 





26.02.2015    çap et  çap et