525.Az

Prezident “Xocalı” abidəsini ziyarət edib


 

Prezident “Xocalı” abidəsini ziyarət edib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.
 
APA-nın məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
 
Bakıda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Azərbaycan prezidenti ilə birgə abidəni ziyarət edib, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.
 
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.
 
Anma mərasiminin iştirakçıları abidənin önünə qızılgüllər, qərənfillər düzüblər.
 





26.02.2015    çap et  çap et