525.Az

Əfqanıstanda Türkiyə səfirliyinin avtomobili partladılıb


 

Əfqanıstanda Türkiyə səfirliyinin avtomobili partladılıb<b style="color:red"></b>

Əfqanıstanın paytaxtı Kabil şəhərində Türkiyə səfirliyinə məxsus avtomobilə hücum edilib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Əfqanıstan daxili işlər nazirinin müavini Eyyub Salanyi kamikadze terrorçu tərəfindən idarə olunan avtomobilin Türkiyə səfirliyinin avtomobili ilə toqquşduğunu açıqlayıb.

Nəticədə səfirliyə məxsus avtomobilin sürücüsü ölüb, daha 1 nəfər yaralanıb. Hadisə Türkiyə, İran və Almaniya səfirliklərinin binalarına çox yaxın bir ərazidə baş verib. 
 
Terrora görə məsuliyyəti “Taliban”ın öz üzərinə götürdüyü bildirilir.

 





26.02.2015    çap et  çap et