525.Az

“İranla Ermənistan arasında isti münasibətlərin mənasını anlaya bilmirik”


 

“İranla Ermənistan arasında isti münasibətlərin mənasını anlaya bilmirik”<b style="color:red"></b>

“Rəsmi məlumatlara görə İran ərazisində 35, qeyri-rəsmi məlumatlara görə 40 milyon azərbaycanlı yaşayır. İran müsəlman, şiə dövləti olduğunu bəyan edir. Əgər müsəlmanıqsa, qardaşıqsa, şiəyiksə, İranla Ermənistan arasında isti münasibətlərin mənasını anlaya bilmirik”.

APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafər Əsgərov deyib.
 
Z. Əsgərov bildirib ki, bu narahatlıq İran parlamentariləri ilə görüşlərdə də nəzərə çatdırılır: “Ancaq onlar deyirlər ki, bu, İranın müstəqil siyasətidir, heç kim qarışa bilməz. Biz də qarışmırıq.
 
Belə görüşlərdə bizə Azərbaycanın İsraillə dostluq etdiyini xatırladırlar. Bizə deyirlər ki, Azərbaycan niyə İsraillə dostluq edir? Biz isə bu da Azərbaycanın müstəqil siyasətidir, deyirik”.

 





26.02.2015    çap et  çap et