525.Az

Bakıda “Xocalıya ədalət” şüarı altında yürüş


 

Bakıda “Xocalıya ədalət” şüarı altında yürüş <b style="color:red"></b> Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən Xocalı faciəsinin ildönümü münasibətilə “Xocalıya ədalət” şüarı altında gənclər təşkilatları üzvlərinin iştirakı ilə yürüş təşkil edilib.
 
Fonddan APA-ya verilən məlumata görə, 26 fevral 2015-ci il tarixində, saat 04.30-da Xocalı prospektində ucaldılmış “Xocalı” abidəsinin önündən başlayan yürüş dənizkənarı milli parkda bitib.
 
Aksiya şamlarla işıq saçan fənərlərin səmaya buraxılması ilə yekunlaşıb.
 
Yürüşdə təxminən 3000-dən çox gənc iştirak edib.
 





26.02.2015    çap et  çap et