525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Fevralın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, gündüz mülayim şimal-şərq küləyi əsəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.
 
Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, bəzi şərq rayonlarında çiskin olacaq. Cənub küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
 
Havanın temperaturu mərkəzi Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
 
 Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 27-28-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
 





26.02.2015    çap et  çap et