525.Az

Bakıdakı 62 saylı məktəb-liseylə bağlı bəyanat verildi


 

Bakıdakı 62 saylı məktəb-liseylə bağlı bəyanat verildi<b style="color:red"></b>

Nizami rayonunda yerləşən Xalid Quliyev adına 62 saylı məktəb-lisey barədə həm bəzi mətbu qurumlarda, həm də sosial şəbəkələrdə müztəlif məlumatlar yer almaqdadır.

Məktəb-liseyin Valideyn-Müəllim Assosiasiyasının üzvləri bununla bağlı bəyanat veriblər. Bəyanatda Valideyn-Müəllim Assosiasiyasının üzvləri bu kimi qərəzçilikdən və ifrat dolu şər-böhtandan qayğılandıqlarını ifadə edir və belə çirkin kampaniyada normal düşüncə sahiblərinin ola biləcəyinə şübhə edirlər.

Assosiasiya üzvləri qeyd edirlər ki, onlar hər şeydən öncə valideyndirlər və hər bir valideyn öz övladının yaxşı təhsil almasını istəyir. Yaxşı təhsil isə təbi ki, yaxşı məktəblərdə verilir.

Bəyanatda daha sonra bildirilir ki,məktəb-liseyin hazırkı rəhbəri Mətanət Cabbarlı bu təhsil ocağında fəaliyyətə başladığı gündən bəri yalnız uğurlara imza atılıb.
Mətanət Cabbarlıya qədər məktəb fars təmayullu olub. 2007-ci ildən isə texniki humanitar məktəb-lisey kimi fəaliyyət göstərir. 2009-2010-cu tədris ilində ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olub.

Bildirilir ki, mektəb-lisey keçən ildən elekton məktəb layihəsinə qoşulub və bu ildən Təhsil Nazirliyi tərəfindən pilot-məktəb adına layiq gürülüb. Keçən il TDQK-nın qəbul göstəricilərinə görə “20 ən yaxşi məktəb” siyahısında olub. Bəyanatda daha sonra bildirilib:

“Halbuki Mətanət Cabbarlıdan öncə hətta məktəbin 10 metirliyində yaşayanlar öz övladlarını burada oxumağa qoymurdular. Hər bir şey nəticə ilə ölçülür. Bu təhsil ocağının uğurları göz qabağındadır. Buranın məzunlarını ali təhsil məktəblərinə qəbul olma faizinin ilbəil artması və Bakı şəhərində universitetə daxil olma məsələsinə görə öncül yerlərdən birini tutması dediklərimizin bariz nümunəsidir.
Burada təlim-tərbiyə məsələsinə də diqqət çəkmək istəyərdik. Məktəb-liseydə geymdən tutmuş, davranış qaydalarına qədər hər şeyə xüsusi diqqət verilir.
Təbii ki, sadaladıqlarımız buda görülən işlərin kiçik bir hissəsidir və bu məktəb-liseyə axın dediklərimizi təsdiqləyir.
Baxin, bu il ümumilikdə Azərbaycanda məzunlar 25 qızıl, 26 gümüş medal qazanıblar ki, 3 qızıl medal bu məktəb-lisey məzunlarının payına düşüb. Bu il buranın məzunlarının beşi 600-dan çox bal toplayaraq Prezident təqaüdçüsü adına layiq görülüblər.
Son uç ildə məktəbin məzunlarından Cexiyada, İsveçrədə Avropa Universitetində, Türkiyə Orta Doğu Texniki Universitetində, Dokuz Eylul Universitetində, Bahçeşehir Universitetində, Kültür Universitetində, Spartada, Kipr universitetlərində təhsil alırlar.

Çox təəssüf ki, görülən bu işləri təqdir etmək əvəzinə, gözü götürməyən qüvvlər buna qara yaxmağa çalışırlar.

Hesab edirik ki, belə adamlar əslində bu əməlləri ilə gələcəyimiz olan uşaqların yaxşı təhsil almasını əngəlləmək istəyirlər. Əgər doğrudan da bu insanlar doğru deyirlərsə, niyə bu məktəb-liseyə axın güclənib, niyə hər bir valideyin öz övladının buarada təhsil almasının tərəfdarıdır? Axı kiməsə məcbur etmək olmaz ki, sən övladını filan yerdə oxutmalısan. İnsan nə qədər qüsurlu olmalıdır ki, bunu görməsin.

Biz məktəb-liseyin valideyinləri adından bildirirk ki, övladlarımızın oxuduğu bu təhsil ocağına, onun rəhbərinə qarşı olan qarayaxmanı, qərəz və böhtanı özümüzə qarşı yönələn addım kimi qiymətləndirirk. Belə insanlar bu addımları ilə təhsilimizə zərbə vururlar.

Assosiasiya adından həqiqəti görmək istəyənləri məktəb-liseyə dəvət edirik.
Qara niyətdə olan insanları isə heç olmasa məktəbyaşlı uşaqlara qarşı çirkin işlər görməməyə çağırırıq. Çünki nəticədə belə insanlar uşaqlarımızın təhsilinə, onların psixikasına zərbə vururlar.
Assosiasiya üzvləri valideynlər adından bu iyrənc hərəkətləri qəti şəklidə pisləyir və bunun qarşısının birdəfəlik alınması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bəyan ediblər”.

 





30.11.2012    çap et  çap et