525.Az

Tiflisdə Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib


 

Tiflisdə Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib<b style="color:red"></b>

Bu gün Gürcüstan paytaxtında "Xocalıya ədalət" kampaniyası çərçivəsində yürüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə keçirilən yürüşdə azərbaycanlı və gürcü gəncləri, Gürcüstan ali məktəblərində təhsil alan tələbələr, ziyalılar, parlament deputatı, QHT nümayəndələri, "Qeyrət" Xalq Hərəkatının üzvləri, gürcü və Azərbaycan jurnalistləri iştirak ediblər.
 
Yürüş iştirakçıları əllərində plakatlar və "Xocalıya ədalət" yazıları ilə parlamentin köhnə binasına doğru yürüş ediblər. Burada aksiya iştirakçıları Xocalı qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə "Xocalıya ədalət!", "Qarabağa azadlıq!", "Müharibə istəmirik!", "Yaşasın Azərbaycan və Gürcüstan dostluğu!", "İşğalçı Ermənistan dövlətinə lənət!", "Xocalı-əsrin soyqırımı!" kimi şüarlar səsləndiriblər.
 
Sonra yürüş iştirakçıları Azərbaycan və Gürcüstan bayraqları Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Səfirlik qarşısında təşkil olunan etiraz aksiyasında iştirakçılar "Xocalıya ədalət!", "Cinayətkarlara ölüm!” şüarları səsləndirərək Xocalı soyqırımı cinayətkarlarının cəzalandırılmasını tələb ediblər. 200-dək aksiya iştirakçının imzaladığı bəyanat Ermənistan səfirliyinin nümayəndəsinə təqdim edilib.  Etiraz aksiyası insidentsiz başa çatıb.

 





26.02.2015    çap et  çap et