525.Az

"Sarkisyan kimilər ədalət mühakiməsi qarşısında cavab verəcəklər"


 

"Sarkisyan kimilər ədalət mühakiməsi qarşısında cavab verəcəklər"<b style="color:red"></b>

"Xocalı soyqırımında birbaşa iştirakını Ermənistan prezidenti Serj Sarkisyan özü də  açıq şəkildə etiraf edib. Ümumiyyətlə, Qarabağda günahsız tökülən qanlarda Ermənistanın indiki prezidentinin birbaşa əli var".

Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) deputatı Elman Məmmədov dilə gətirib. Deputat bu baxımdan hesab edir ki, S. Sarkisyanın dünyada hərbi cinayətkar kimi tanınması üçün petisiyaya 100 min imzanın verilməsi çox əhəmiyyətlidir. Hətta imza verənlər arasında əcnəbilər, ermənilər də var.

"Ona görə də, belə addımlar çox əhəmiyyətlidir. Doğrudur, dünyada ikili standartlar mövcuddur, müəyyən beynəlxalq dairələr işğalçı Ermənistanı himayə edir. Belə bir vəziyyətdə petisiya üçün 100 min imzanın toplanmasına baxmayaraq, Sarkisyanın beynəlxalq müstəvidə hərbi cinayətkar elan edilməsinə maneələr ola bilər.  Amma bütün hallarda belə bir kampaniyanın böyük əhəmiyyəti var. Çünki insanlar Sarkisyanın kim olduğunu daha yaxşı, aydın şəkildə biləcəklər.
 
Hesab edirəm ki, günahsız insanların qanına əli batan Sarkisyan kimilər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər".

K.Həmzəoğlu

 





26.02.2015    çap et  çap et