525.Az

“Girovluqda fiziki təzyiqlərə məruz qalmışam”


 

“Girovluqda fiziki təzyiqlərə məruz qalmışam”<b style="color:red"></b>

Bu gün erməni girovluğundan azad olunan Qazax rayonu Alpout kənd sakini Telman Alıyev ailəsinə təhvil verilib.

T. Alıyevin anası Məhbubə Həsənova APA-ya açıqlamasında bildirib ki, hazırda bütün kənd camaatı oğlunun azad olunmasını qeyd etmək üçün onlara toplaşıb: “Onun azad olunmasında xidməti olan hər kəsə, dövlət orqanlarına, Beynəlxaql Qızıl Xaç Komitəsinə və Qazax camaatına təşəkkür edirəm”.
 
T. Əliyev anası vasitəsilə APA-ya bildirib ki, hazırda bədənində ağrılar var. Girovluqda olduğu müddətdə ona verilən yeməkləri yeyə bilmədiyini çatdıran T. Alıyev ermənilər tərəfindən fiziki təzyiqlərə məruz qaldığını bildirib. 

 





30.11.2012    çap et  çap et