525.Az

Londonda "Teleskop"un premyerası olacaq


 

Londonda "Teleskop"un premyerası olacaq<b style="color:red"></b>

Buta Festivalı çərçivəsində Londonda Azərbaycanın Xalq yazıçısı Elçinin "Teleskop" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.

25 fevral-7 mart tarixlərində "Battersea"də "Testbed1"in səhnəsində qoyulacaq tamaşaya Metyu Quld rejissorluq edəcək.

Tamaşada televiziya ulduzları Kris Simmons və Tanya Frenks 11 nəfərlik aktyor heyətinin başında durur.

"Teleskop"un ingilis dilində ilk dəfə səhnələşdirilməsi fevralın sonunda Metyu Quldun rejissorluğu ilə immersiv tamaşa formasında keçiriləcək.

Dünyanın müxtəlif guşələrində başqa dillərdə tamaşaya qoyulmuş pyesin Böyük Britaniya tərtibatında baş rolları tanınmış Britaniya aktyorları Kris Simmons və Tanya Frenks ifa edəcək. Aktyor heyətinə həmçinin Co Eyr, Serxio Kovino, Anna Darvas, Pol Brennan, Reyçel Esposti, Amanda Rid, Eliot Bornman, Felisiti Colli və Hanna Genesius daxildir.

Tamaşa Azərbaycan mədəniyyəti və incəsənətinin tanınması məqsədi daşıyan Buta Festivalının zəngin qrafiki çərçivəsində hazırlanıb.

S.ABDULLAYEVA

 





26.02.2015    çap et  çap et