525.Az

Mədəniyyət və İncəsənət Universitetində Xocalı qurbanları anılıb


 

Mədəniyyət və İncəsənət Universitetində Xocalı qurbanları anılıb<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Səda" Tədris Teatrında Xovalı qətliamının anım mərasimi keçirilib.

Mərasimi açan Universitetin rektoru, professor Fərəh  Əliyeva Xocalı soyqırımı haqqında danışaraq, onun qan yaddaşımız, yalnız Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı vəhşilik olduğunu, bu faciənin gənclərin yaddaşına ötürmək, hər zaman anılmasının vacibliyini vurğulayıb.

Daha sonra mərasimdə Əməkdar artist, dosent Ağalar Bayramov, dosent Gülsabah Quliyeva və "Aktyor sənəti" fakültəsinin 2-ci və 3-cü kurs tələbələrinin iştirakı ilə ssenari müəllifi və rejissoru Əməkdar artist, ADMİU-nun dosenti  Mahirə Yaqubova olan "Gözü yolda Xocalım..." adlı ədəbi bədii kompozisiya təqdim edilib.  Kompozisiyada Xalq şairləri Qabil, Xəlil Rza, Zəlimxan Yaqubun, şairlərdən Çingiz Əlioğlu və Paşa Qəlbinurun şeirlərindən istifadə olunub.

Tədbirdə Universitetin müəllim və tələbə heyəti, eləcə də YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının  üzvləri iştirak ediblər.

 





26.02.2015    çap et  çap et