525.Az

Sahibə Qafarova AŞPA-nın komitə iclasında məruzə edəcək


 

Sahibə Qafarova AŞPA-nın komitə iclasında məruzə edəcək<b style="color:red"></b> Dekabrın 3-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçiriləcək.

Bu haqda 525.az-a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova məlumat verib. Millət vəkili  qeyd edib ki, həmin  iclasda sözügedən  komitənin İrqçilik və ksenofobiya alt komitəsinin sədri kimi o özü də iştirak edəcək.

“Tədbirdə Cənub-Şərqi Avropada gender bərabərliyi, qadınlara qarşı zorakılıq, siyasi partiyalar və qadınların siyasətdə təmsilçiliyi, milli azlıqların hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq. Eyni zamanda, alt komitənin sədri kimi iclasda “Əmək bazarında yaş diskriminasiyası” mövzusunda məruzə ilə çıxış edəcəyəm və  məruzəm ətrafında müzakirələr aparılacaq”-deyə,S.Qafarova sözlərinə əlavə edib.

Onu da qeyd edək ki, millət vəkilinin səfəri dekabrın 5-də başa çatacaq.

Kamil Həmzəoğlu
 





30.11.2012    çap et  çap et