525.Az

"Ermənilərin məqsədi Dağlıq Qarabağ adlı qondarma rejimin olduğunu təbliğ etməkdir"


 

"Ermənilərin məqsədi Dağlıq Qarabağ adlı qondarma rejimin olduğunu təbliğ etməkdir"<b style="color:red"></b>

"Girov götürülmüş azərbaycanlılar üzərində qurulmuş qondarma "məhkəmə" şousu dünya ictimaiyyətinə Dağlıq Qarabağ adlı qondarma bir rejimin və onun hüquq-mühafizə orqanlarının olduğunu, hətta "ədalət" adına hökm çıxarıldığını təbliğ etmək məqsədi daşıyır".

Bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin "işi" üzrə qondarma "apelyasiya məhkəməsi"nin Xocalının ildönümü günü keçirilməsi məsələsini şərh edərkən bildirib.

B. Muradova bildirib ki, azərbaycanlıların öz ölkələri ərazisində hərəkət sərbəstliyinə məhdudiyyət yaratmaq, onları öz ev-eşiklərinə getməkdən məhrum etmək və buna görə onları cəzalandırmaq heç də onların məqsədlərinə xidmət etməyəcək və dünya ictimaiyyəti bunun mahiyyətini yaxşı anlayır:
 
"Bu istiqamətdə aparılan məqsədyönlü iş ABŞ Dövlət Departamentinin bu məsələ ilə bağlı nəhayət, açıqlama verməsinə gətirib çıxarıb. Məhz girov götürülən azərbaycanlıların "apelyasiya məhkəməsi"nin bu günə salınması heç də təsadüf deyil. Onlar bununla Azərbaycana növbəti mesaj vermək istəyirlər. Amma hesab edirəm ki, azərbaycanlı girovların qondarma "məhkəmə"dəki çıxışı onların heç bir günah sahibi olmadıqlarını, buna görə də onlar haqqında "hökm"ün çıxarılmasının ədalətli olmamasını bəyan etmələri, onlara ciddi etirazlarını bildirməsi göstərir ki, bu insanlar, onlara göstərilən təzyiqlərin fonunda heç də sınmayıblar, iradəcə möhkəmdirlər, qürurlu azərbaycanlılardır və canlarından keçməyə belə hazırdırlar".

Milli Məclisin deputatı Fəzail Ağamalı isə bu hadisəni erməni həyasızlığının son həddi adlandırıb: "Ermənilər bu teatrı qurmaqla əslində özlərinin bütün eybəcərliklərini, analoqu olmayan antipot milli xüsusiyyətlərini ortaya qoyurlar. F.Ağamalı bildirib:

"Kəlbəcər nə vaxtdan erməni ərazisi olub: "Kəlbəcər erməni silahlı qüvvələri tərəfindən işğal edilib və bütün dünya dövlətlərinin toplaşmış olduğu BMT-nin qətnamələrində Kəlbəcər də daxil olmaqla işğala məruz qalmış bütün ərazilərimiz Azərbaycanın ərazisi kimi təsbit olunub.

Dilqəm Əsgərov və Şahbaz Quliyev doğmalarının məzarlarını ziyarətə gediblərsə, Vətən hissi onları həmin yurda çəkib aparıbsa, bunlar nəyə görə təxribatçı hesab olunmalıdır? Bütün bunlara baxmayaraq, ermənilər hər zaman olduğu kimi, bu işdə də saxtakar mahiyyətlərini ortaya qoymaqdadırlar".

Millət vəkili təəssüf etdiyini bildirib ki, bu günə qədər ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr bununla bağlı təsirli tədbirlər görmürlər: "Minsk qrupunun həmsədrləri mənasız bəyanatlarla kifayətlənirlər.

Heç olmasa, bu məsələ ilə bağlı bəyanat verəydilər ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev təxribatçı deyillər və onların azad edilməsinə təsir göstərsəydilər, hər halda üzərilərinə götürdükləri missiyada humanitar bir addım atmış olardılar. ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın girovların azad edilməsi ilə bağlı bəyanatının təsirini də görmürəm. Çünki bəyanatın heç bir təsir imkanları yoxdur. Bunun üçün ABŞ xüsusi tələblə çıxış etməli idi. Minsk qrupunun həmsədri kimi bunu edə bilərdi. Bunlar yoxdur.

Bəyanat isə hər hansı nəticə verəcək gücə malik deyil". F.Ağamalı əlavə edib ki, bu məsələdə Rusiyanın mövqeyi xüsusi olaraq təəccüb doğurur: "Çünki girovlardan biri Rusiyanın vətəndaşıdır. Rusiyanın vətəndaşı olmaq üçün hökmən rus olmaq lazımdır ki, Rusiya bununla bağlı fəaliyyət göstərsin? Rusiya niyə öz vətəndaşına sahib çıxmır? Bu, çox qəribədir. Bu mövqe anlaşılan deyil. Ancaq mən əminəm ki, Azərbaycan dövlətinin təsiri ilə girovlarımız azadlığa buraxılacaqlar".

PƏRVANƏ

 





28.02.2015    çap et  çap et