525.Az

Mixail Çeçetov intihar edib


 

Mixail Çeçetov intihar edib<b style="color:red"></b>

Ukraynada Regionlar Partiyası fraksiyasının keçmiş sədr müavini Mixail Çeçetov intihar edib.

APA-nın xəbərinə görə, bu barədə ukraynalı jurnalist Artyom Şevçenko özünün “Facebook” səhifəsində yazıb.
 
“Məhkəmə-tibbi ekspertizadakı etibarlı mənbə bildirib ki, hadisə bu gecə saat 01.00 radələrində Kiyevdə baş verib. Mixail Çeçetov özünü yaşadığı binanın 17-ci mərtəbəsindən yerə atıb”, - deyə A. Şevçenko bildirib.
 
O qeyd edib ki, hadisə baş verən zaman M. Çeçetovun həyat yoldaşı evdə olub. İlkin məlumatlara görə, M. Çeçetov ölümdən öncə məktub yazıb.
 
Xatırladaq ki, fevralın 21-də Kiyevin Peçorsk rayon məhkəməsi M. Çeçetovun həbsi haqqında qərar çıxarıb.
Eyni zamanda ona 5 mln. qrivnalıq pul girovu müqabilində azadlığa çıxmaq imkanı verilib. Çeçetov səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu.

 





28.02.2015    çap et  çap et