525.Az

Ermənistanda etiraz aksiyası


 

Ermənistanda etiraz aksiyası<b style="color:red"></b> Dünən İrəvanda Ermənistan Milli Konqresi etiraz aksiyası keçirib.
 
APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, mitinq Sarkisyan hakimiyyətinin 2008-ci ildə 2008-ci ildə qətlə yetirdiyi ermənilərin xatirəsinə həsr olunub.
 
Aksiyanın aparıcısı olan Aram Manukyan deyib ki, yeddi il əvvəl bu gün Ermənistan hakimiyyəti silahsız xalqa hücum edib: “Ermənistanda iki gün qırğınlar davam etdi. 10 nəfər öldü, 150 nəfərdən çox insan yaralandı və o gündən bəri ölkədə avtoritar rejim quruldu. Bu faciənin təşkilatçıları və icraçıları isə hələ də cəzasız qalıblar”.
 
Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan isə çıxışında martın 1-nin Ermənistan üçün "milli yas, etiraz və dövlət terroru günü" olduğunu qeyd edib və hazırkı hakimiyyəti “xalqın qanı üzərində qurulduğunu” qeyd edib. 
 
 
Xatırladaq ki, 19 mart 2008-ci ildə Ermənistanda prezident seçkiləri keçirilib və ölkənin Mərkəzi Seçki Komissiyası o zamankı baş nazir Serj Sarkisyanın qalib gəldiyini elan edib.
 
Müxalifət isə nəticələrlə razılaşmayaraq, fevralın 20-dən fasiləsiz etiraz aksiyalarına başlayıb. 1 mart 2008-ci ildə Ermənistan xüsusi təyinatlıları İrəvanın Azadlıq meydanında keçirilən mitinqini dağıdıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meydanda qurulmuş çadırları yığışdırıblar, aksiyanın dağıdılması zamanı dəyənəklərdən, gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə olunub.
 
Toqquşmalar nəticəsində 10 nəfər ölüb, 150-dən çox aksiya iştirakçısı yaralanıb.
 
Hadisələrdən dərhal sonra Ermənistanda 20 günlük fövqəladə vəziyyət elan olunub.
 





02.03.2015    çap et  çap et