525.Az

Aeroport yolunda ağır yol qəzası baş verib


 

Aeroport yolunda ağır yol qəzası baş verib<b style="color:red"></b>

Dünən gecə saatlarında Bakıda ağır yol qəzası baş verib.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda (aeroport yolunda) sürücülərinin şəxsiyyəti məlum olmayan "Şaqman” və "GMC" markalı iki yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Şaqman” markalı avtomobil deformasiyaya uğrayıb və avtomobilin sürücüsü xəsarət alıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

 





01.12.2012    çap et  çap et