525.Az

Nemtsovun qatili Şimali Osetiya nömrəli avtomobillə qaçıb


 

Nemtsovun qatili Şimali Osetiya nömrəli avtomobillə qaçıb<b style="color:red"></b>

Rusiyada müxalifət lideri Boris Nemtsovu qətlə yetirən killer “VAZ 21102” markalı avtomobillə hadisə yerindən qaçıb.

APA-nın xəbərinə görə, bu barədə Kremlə yaxın “LifeNews” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
 
Hazırda Moskvanın bütün polis bölmələri və postları bu avtomobilin axtarışına cəlb olunub. Avtomobilin Şimali Osetiya nömrəsi daşıdığı, lakin 2011-ci ildə qeydiyyatdan çıxarıldığı bildirilir. Avtomobilin keçmiş sahibi müəyyənləşdirilib. O, Vladiqafqazda yaşayır.  

 





02.03.2015    çap et  çap et