525.Az

Azərbaycanda QİÇS xəstələrinin ümumi statistikası açıqlanıb


 

Azərbaycanda QİÇS xəstələrinin ümumi statistikası açıqlanıb<b style="color:red"></b>

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2012-ci ilin dekabrına qədər 3720 nəfərdə İİV infeksiyasının olduğu təsdiqlənib.

APA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, həmin şəxslərin 3593-ü Azərbaycan vətəndaşı, 127 nəfəri əcnəbidir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 2879-u kişi, 714-ü qadındır. QİÇS mərhələsində olan sayı 1098 nəfərdir. Onlardan 1082-si Azərbaycan vətəndaşıdır. İİV infeksiyasından 518 nəfər dünyasını dəyişib. Onlardan 510 nəfəri AZərbaycan vətəndaşı olub.
 
E. Alməmmədova deyib ki, bu ilin 11 ayı ərzində Azərbaycanda 453 yeni İİV-ə yoluxma halı aşkarlanıb. Onlardan 439-u Azərbaycan vətəndaşı, 14 nəfəri əcnəbidir.

 





01.12.2012    çap et  çap et