525.Az

“Türk yürüşü” keçiriləcək


 

“Türk yürüşü” keçiriləcək

1918-ci il 15 sentyabr tarixində Bakının düşmən işğalından qurtuluşu günü münasibətilə "Türk yürüşü" adlı tədbir keçiriləcək. “Mübariz Gənclər” Təşkilatının təşkilatçılğı, Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının dəstəyi ilə keçiriləcək yürüş, metronun Elmlər Akademiyası stansiyasının qarşısından başlayıb Türk Şəhidliyinə doğru hərəkət edəcək.

15 sentyabr saat 12-00-da başlayacaq ziyarətin təşkilatçılarından olan MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənlinin 525.az-a verdiyi məlumata görə, yürüşdə məqsəd Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında çağdaş gənclərin daha aktiv olduğunu göstərməkdir. Onun fikrincə, həmin ziyarətlə Şəhidlərə olan diqqət və sayqı, bu aktivliyin əsas əlamətidir.

“Mübariz Gənclər” Təşkilatının sədri İlkin Abdullah isə bildirib ki, onlar bu yürüşü keçirməklə “Heç kim və heç nə unudulmur” fikrini gənclərə təbliğ etmək istəyirlər: “XX əsrdə Azərbaycan və Türkiyə dar anlarında bir-birinin yanında olmaqla türk həmrəyliyini nümayiş etdiriblər. Biz də bu həmrəyliyi davam etdirməliyik.”

BƏXTİYAR

 





13.09.2012    çap et  çap et