525.Az

“Atletiko” “Real”la oyunda Azərbaycanı reklam edəcək


 

“Atletiko” “Real”la oyunda Azərbaycanı reklam edəcək<b style="color:red"></b>

İspaniyanın “Atletiko” klubu bu gün La Liqanın Madrid derbisinə - “Real Madrid”lə oyuna üzərində Azərbaycanın tanıtımı olan forma ilə çıxacaq.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, formanın üzərində “Odlar Yurdu” (Land of Fires) yazılacaq.

Aksiya yalnız bugünkü matç üçün nəzərdə tutulub.

Xatırladaq ki, bir neçə gün öncə İspaniya klubunun nümayəndələri paytaxtımıza gələrək “Bakı” klubu ilə əməkdaşlıq haqda müqavilə imzalayıblar.

Müqaviləyə əsasən “Bakı” klubunun bir neçə futbolçusu “Atletiko”nun düşərgəsində yollanaraq hazırlıqlarda iştirak edəcək.

 





01.12.2012    çap et  çap et