525.Az

Qənirə Paşayeva Rumeli Balkan Strateji Araşdırmaları Mərkəzinin rəhbərliyi ilə görüşüb


 

Qənirə Paşayeva Rumeli Balkan Strateji Araşdırmaları Mərkəzinin rəhbərliyi ilə görüşüb<b style="color:red"></b>

Millət vəkili Qənirə Paşayeva Bakıda səfərdə olan Rumeli Balkan Strateji Araşdırmaları Mərkəzinin rəhbərliyi ilə görüşüb.

525.az-ın məlumatına görə, görüşdə millət vəkili Qənirə Paşayeva qonaqları Bakıda salamlamaqdan məmnunluğunu ifadə edib. Millət vəkili Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımları, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində Azərbaycan və Türkiyənin beyin mərkəzləri arasında əməkdaşlığın daha da artırılmasının vacibliyini qeyd edib.

Qardaş ölkələr arasında bütün istiqamətlərdə əməkdaşlığın artdığını vurğulayan millət vəkili Q.Paşayeva strateji araşdırmalar mərkəzləri arasında da əməkdaşlığın daha da genişlənməsinə böyük ehtiyac olduğunu deyib.  Millət vəkili Azərbaycanın uyğunprofilli qurumları ilə Rumeli Balkan Strateji Araşdırmaları Mərkəzi arasında əməkdaşlığın ölkəmiz üçün çox faydalı olacağını bildirib.

Rumeli Balkan Strateji Araşdırmaları Mərkəzinin nümayəndələri burada onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər və özlərini vətənlərində hiss etdiklərini deyiblər. Onlar millət vəkili ilə görüşdə Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıqlarını genişləndirmək niyyətində olduqlarını və  həyata keçirməyi planlaşdırdıqları layihələr barədə məlumatlar verib, təkliflərini səsləndiriblər və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşün sonunda millət vəkili Qənirə Paşayevaya Rumeli Balkan Strateji Araşdırmaları Mərkəzi tərəfindən Türk dünyasında gördüyü fəaliyyətinə görə şükran plaketi təqdim edilib.

 





01.12.2012    çap et  çap et