525.Az

Kağız 1 dollarlıqlar ləğv edilir


 

Kağız 1 dollarlıqlar ləğv edilir<b style="color:red"></b>

ABŞ Konqresi 1 dollarlıq əsginasların sikkələrlə əvəz olunmasına hazırlaşır.

«APA-Economics»in məlumatına görə, parlamentin auditorları bildirir ki, bu addım qarşıdakı 30 ildə büdcənin 4,4 milyard dollara qənaət etməsinə imkan verəcək. Belə ki, əsginasları hər 4-5 ildən bir dəyişmək tələb olunduğu halda sikkələr azı 30 il dövriyyədə qala bilir. ABŞ-ın Sikkə Evi son 5 ildə 2,4 milyard dollar məbləğində 1 dollarlıq buraxıb. Amma bir il əvvəl onların istehsalı dayandırılıb. Hazırda bu pulların əksəriyyəti Maliyyə Nazirliyində saxlanılır.

Qeyd edək ki, ABŞ-da içki və yeməklərin aparatlar vasitəsilə satışı ilə məşğul olan şirkətlər 1 dollarlıqların kağızdan metala keçməsi ideyasını çoxdan dəstəkləyir. Onların fikrincə, kağız pullar bu aparatların tez sıradan çıxmasına səbəb olur.

Bununla belə, sadə vətəndaşlar kağız pulları daha rahat sayır.

 





01.12.2012    çap et  çap et