525.Az

İşləmək üçün Rusiyaya gedən miqrantlar rus dilindən imtahan verirlər


 

İşləmək üçün Rusiyaya gedən miqrantlar rus dilindən imtahan verirlər<b style="color:red"></b>

Rusiyada əmək miqrantları haqqında yeni qanun bu gündən qüvvəyə minib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yeni qanuna əsasən, Rusiyaya işləməyə gələn miqrantlar rus dilindən imtahan verəcəklər.

Bu qanun mənzil-kommunal təsərrüfatında çalışan və pərakəndə ticarətlə məşğul olan miqrantlara şamil edilib. Onların rus dilindən bilikləri yoxlanılır, imtahandan keçən miqranta sertifikat verilir. Həmin sertifikata əsasən, miqrantların Rusiyada işləməsinə icazə veriləcək.
 
Qeyd edək ki, Rusiya Federasiya Şurası oktyabrın 31-də əmək miqrantları haqqında yeni qanun layihəsini təsdiq edib.
 
İşləmək üçün Rusiyaya üz tutanlar arasında azərbaycanlılar da çoxluq təşkil edirlər.

 





01.12.2012    çap et  çap et