525.Az

Pulsuz müayinə olunmaq istəyənlərin nəzərinə


 

Pulsuz müayinə olunmaq istəyənlərin nəzərinə<b style="color:red"></b> Bu gündən Səhiyyə Nazirliyinin "Sağlam həyat uğrunda" devizi ilə keçirdiyi profilaktik tədbirlər ayına start verildi.

Nazirlikdən şənbə günü Trend-ə verilən məlumata görə, dekabrın 31-dək davam edəcək aylıq çərçivəsində müayinə olunmaq istəyənlər Bakıda müalicə-profilaktika müəssisələrinə, xüsusilə də ambulator müəssisələrə, poliklinikalara, regionlarda isə mərkəzi xəstəxanaların poliklinika şöbələrinə müraciət etməlidirlər. Müayinələr pulsuz aparılacaq. Sağlamlıq ayı bütövlükdə ölkə ərazisini əhatə edəcək.

Aylıq zamanı insanlar müayinələrdən keçməklə ilk növbədə öz sağlamlıqlarına əmin ola bilər, hər hansı xəstəliyi erkən mərhələdə aşkarlamaq imkanı qazanarlar.
 





01.12.2012    çap et  çap et