525.Az

Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib


 

Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib <b style="color:red"></b>

Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin dəmir yolu vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb.

“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, artıq Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib.
 
Vağzalın  əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcəkdir. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.
 
Qeyd edək ki, XIX əsrin memarlıq abidələrindən olan  Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib. Vağzal  binasının  mavritaniya üslubunda təqdim olunan ilk  layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olmuş, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib. Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir. Əsaslı təmir və yenidənqurma işləri başa çatandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
 
Xatırladaq ki, bundan öncə Bakı sərnişin vağzalının şəhər ətrafına köçürülməsi ilə bağlı xəbər yayılmışdı.

 





04.03.2015    çap et  çap et