525.Az

Boğaza yığılan şairlər


 

Boğaza yığılan şairlər<b style="color:red"></b>

Osmanlı ərazisində dünyaya gələn şairləri doğum yerlərinə görə qruplaşdıranda belə bir mənzərə çıxır ortaya: İstanbul – 609, Bursa – 156, Ədirnə – 150, Konya – 69, Diyarbəkir – 40, Qəstəmonu – 36, Bağdad – 35... şair! Bu siyahı, divan şairlərinin doğum yeri kimi, İstanbulunrəqibsizbirinci yerdə olduğunu göstərir...

Şairlərin doğum yerləri ilə bərabər, onları yetişdirən mühit nəzərə alınarsa, o zaman İstanbulun əhəmiyyəti daha da artar... Özündə istedad hiss edən hər kəs xüsusi, yüksək təhsil almaq üçün İstanbula gəlirdi, bu da, İstanbulda doğulmayan şairlərin belə, bu şəhərin mühitində yetişməsinə yol açırdı...

...Divan ədəbiyyatının əsas inkişafı İstanbulun fəthindən sonra baş verib. Daha çox Fateh Sultan Mehmet vəziri Mahmut Paşanın qazandıqları etimad sayəsində Fatehin ətrafına 185 şairin toplandığı məlumdur...”

Bu fikirlərə özünün son kitablarından birində yer verən ustad ədəbiyyatşünas, Türkiyə Prezident Katibliyinin rəhbəri professor Mustafa İsen əsərinin başqa bir fəslində göstərir ki, Fateh Sultan Mehmet İstanbulun fəthindən sonraşəhəri İslam dünyasının mərkəzinə çevirmək məqsədiləmüxtəlif yerlərdən neçə-neçə sənət adamını oraya cəlb etmişdi: “Gələnlərin əksəriyyəti Orta Asiya, İran Azərbaycandan idi (!)”.

Professor yazır ki, bu köçlərə, Osmanlının bir cazibə mərkəzinə çevrilməsindən əlavə, XVI yüzillikdən etibarən Azərbaycan Orta Asiyanın sənət mühiti baxımından aşağı səviyyədə olması da ciddi təsir göstərib: “İbn Sinanın dediyi kimi, elm sənət himayə görmədiyi yerdən köç edər. Orta əsrlərdə sənət elm adamları ancaq sabitliyin olduğu yerdə hamilərin kölgəsində əsər yarada bilərdilər (təkcə orta əsrlərdəmi?! – S.H.). Azərbaycandan olan sənət adamlarının vəziyyəti buna tipik nümunə idi (!)”.

Bu məqamdasöz oyununa fələk öz oyunu ilə gen-bol fürsət yaradıbsa, onu fövtə vermək acizlik olar: Belə bilinir ki, o vaxtlar ayrı-ayrı məmləkətlərinxüsusən Azərbaycanınmin cür keşməkeşdən təngə gələn, növbənöv çətinlikdən boğaza yığılan şairləri öz yurdlarından köçüb, BoğazaBoğazdakı Osmanlı paytaxtına yığılırmışlar; fitrətən uşaq təbiətli olan sənətkarlar həmin dövrdəÜmm-üd-Dünya” (“Dünyanın Anası”) da adlandırılanİstanbula sığınırmışlar!

Mədəniyyət mərkəzi”, “Ədəbiyyat paytaxtıünvanı tarix boyu bir çox şəhərin taleyinə yazılıb:  Afina, Perqam, Roma, Bağdad, Gəncə, Şamaxı, İsfahan, Venesiya, Rotterdam, Milan, Paris, Barselona... XV yüzilin ortalarından da İstanbul belə bir ünvana çevrilməkdəymiş, şairlər, sənətkarlar hər yerdən Boğaz kənarına axışırmışlar.  

Belə olmağına beləydi, ancaq bu cümlələr , professor İsenin bunlara zəmin yaradan mülahizələri Boğaza yığılan şairlərin Boğaza böyük köçünün yalnız ümumi xarakteristikasını, çox yığcam, sadə panoramasını verə bilir. Reallıq isə, aydın məsələdir ki, bundan qat-qat mürəkkəb, dedikcə qəliz idi.

Lələk-dəvatını götürən kimiYa Allah! Bismillah!” deyib yola çıxan şairlərin hamısının İstanbul səfərini ikicə-üçcə motiv altında ümumiləşdirmək çox səthi, yarıtmaz yanaşma olardı. Söz yox, “təngə gəlmək, boğaza yığılmaqo səbəblər arasında ən geniş yer tutanı, xüsusi çəkisi ən ağır olanıdır. Bunun qədər olmasa da, professor İsenin qeyd elədiyixüsusi təlim, yüksək təhsil görüb yetişmək əzmi mühüm səbəbdir. Eyni vacibliyi qoy bir başqa səbəb   sultandan, baş vəzirdən ayrı-ayrı şairlərə göndərilən dəvətlər, “saraya təşrif buyurmaqməzmunlu təkliflər daşısın: o cür ali ünvanlardan gələn təkliflərə həvəslə, ya da bəlkə candərdi razılıq verənlər olsun 6-7 adam, ya da ötə başı, 10 nəfər. Bəs qalanları? Axı söhbət cəmi 3-5 ildən, həmin illər ərzində ora-bura köçən vur-tut 30-40 şairdən getmir. Müddəti onilliklərlə, bütöv bir əsrlə, iştirakçılarının sayı yüzlərlə, minlərlə hesablanır buyerdəyişmənin! Deməli, yuxarıdakı 3 əsas motivdən əlavə, çeşid-çeşid, “türlü-türlüsəbəbləri olub şair babaların İstanbul yolçuluğunun.

Misal üçün, o səbəblərdən biri elə buyolçuluqkəlməsinin bizdəki mənasına – “mədənidilənçiliyə, “ver yeyim, ört yatım... arabir oyanıb mədhiyyə yazımtəmənnasına söykənə bilərdi. Bir səbəb , bəzi əliqələmlilərin nimdaş qafiyələr dolaşan beynindətəki sarayda yaşayım, fərqi var kimindir, hardadırdevizinin özünə möhkəmcə yer eləməsi olub, bəlkə . Yaxud hansısa şair(lər) “köhnə yurdda nəsə bir fitnə, “intriqatörətmiş, sonra da cəzadan qaçmaq üçün İstanbulutəzə yurdbəlləmiş olmazdı(lar)?! Əlacsızlıqdan, sıxıntıdan yox, lap xırda, adi bir mövqe geriləməsini özünə sığışdırmamaq səbəbindən, “dost-düşmənin acığınaDar-üs-Səltənə yolunu tutanlar da varmış, yəqin ki. Bunlardan əlavə, o dövrün macəraçı, bir yerdə bənd almayan, hər ay sorağı başqa səmtdən gələn söz adamları da olmamış deyildi, hər halda. Bəlkə canındakıtransfer naxoşluğuüzündən, köçəri quş kimi tez-tez bu saraydan-o saraya qonanlar da tapılırmış. Ya da canındahər dəfə zəmanəsinin hökmdarlarından ən güclüsünə pənah aparmaq, daima güclünü haqlı bilmək kimi – “üzrlüşakər daşıyan şairlər ola bilməzdimi? Bu siyahıya, ildə-əyyamda bir yol sultanın ətəyini öpmək şərəfinə nail olmaq, sonra da orda-burdahünkarımız məni dindirdideyibhava atmaqazarkeşləri əlavə ediləndə mənzərə lap dolğunlaşır. Əlbəttə, “Şərqincə məsələdir”, şairləri özündən incə”! Dövran çoxdan sübut eləyib ki, bu gözəl məmləkət, bu cənnət ölkəelə indinin özündə hər xislətdə, hərfasonda şair yetişdirə bilir...

Bu cür həssas mövzulara aidmübhəmməqamlara ətraflı aydınlıq gətirəsi bilgilər sarıdan mənbələrtəzkirələr çox zəngin deyilsə , varını verən utanmaz: lazımlı məlumatlar yenə az-çox onların yaddaşında qalıb. Məsələn, İstanbul yolunu tutan ilk şair babalardan biriHamidi təxminən 30 ildiyar-diyar gəzəndənsonra güzarı Osmanlı paytaxtına düşür, Mahmut Paşaya yazdığı bir qəsidənin hesabına Fateh Sultanla ünsiyyət imkanı qazanır. Sultanın yaxın həmsöhbəti, şairi statusunda 20 ilə yaxın rahat yaşayır. Ancaq günlərin birində, Sultanın qulağı eşidə-eşidə, Hamidinin ağzından elə bir söz çıxır ki, şair gözdən düşür, tənbeh yeyir. Amma tənbeh tənbeh: Osmanlının əvvəlki paytaxtı Bursaya şeyx kimi göndərirlər onu. Durduğu yerdəcə şairliyinin üstünə şeyxlik qoyub, az qala Nizaminin mövqeyinə qaldırırlar Hamidini, amma yenə gileyi kəsilmir:

Niyçün, ey mah (“şah”? – S.H.),

cənnəti-kuyində bar olmaz mana?

Niyçün əvvəlki kimi hiç etibar olmaz mana?

Hamidinin oğlunun da şair olduğu, Cəlili təxəllüsüylə xeyli əsər yazdığı barədə qeydlər qalıb mənbələrdə.

Bir başqa şairBəsiri əvvəlcə Orta Asiyaya, Herata yollanıb, orda oxuyub, Hüseyn Bayqaranın sarayında olub, Nəvaini, Camini görüb-tanıyıb, ordan gəlib Uzun Həsənin oğlanlarının yanına, onlara qəsidələr yazıb, bir ara yenə Heratda görüblər, sonra dönüb Ağqoyunlu Əhmədin sarayına, onun nümayəndəsi qismində İstanbulaİkinci Bayəzidin hüzuruna göndərilib, nəhayət, biryolluq qalıb Sultanın sarayında.

Qamu əğyarə yar etdi tərəhhüm,

Mənə yar rəhm eylər, əğyar...

desə , yaxşı yaşayıb, diqqət-qayğı görüb, xüsusi təqaüd alıb.

 Ya da elə Həbibinin özü: AzərbaycandaGöyçayın Bərgüşad kəndində doğulduğu, əvvəl-əvvəl Şirvanda, Sultan Yaqubun sarayında yaşadığı bilinir. Şah İsmayıl Xətainin şəxsi rəğbəti sayəsində Səfəvi sarayında məlik-üş-şüəra (şairlərin başçısı) olan Həbibi Təbrizdə böyük ehtiram görüb. Ancaq sonra, “ortalıq qarışanda”, səsi İstanbuldanYavuz Sultan Səlimin sarayından eşidilib. Əhdə vəfa, eşqə sədaqət mövzulu bir qəzəli xüsusilə məşhurdur:

Gər səninçün qılmayam çak, ey büti-nazikbədən,

Gorum olsun bu qəba, əynimdə pirahənkəfən!

Çıxmaya sevdayi-zülfün başdan,

ey mah (“şah”? – S.H.), gər yüz il

Üstüxani-kəlləm içrə dutsa əqrəblər vətən!...

Süruri , Şahi , Qəbuli, Səffi, Qədri, Nitqi, İzzi... aşağı-yuxarı eyni yolu keçiblər, cismani həyatları da oxşar olub, mənəvi ömürləri bir-birinə bənzəyir. Bunların arasında fərqli əsrlərin şairləri var. Bəzilərinin yaradıcılıq taleyi heç gətirməyibFüzulidən sonra gəliblər divan ədəbiyyatı meydanına! Bu meydanda Füzulinin sələfi sayılanlarXəlili, Hamidi, Bəsiri, Həbibi isə, nisbətən, “salamat qurtulublar”, təkcə vaxtda, dövrdə yox, başqa bir cəhətdən qabağa düşüblər: heç olmasa, Füzulinin gəlişi ərəfəsindəbacardıqları qədər – “yolu-rizi açıb, yeri-yurdu sahmanlayanlar”, gözlənilən təntənənin müjdəsini gətirənlər kimi arada-bərədə xatırlanırlar:

Gəlir ol sərvi-səhi, ey gülü lalə açılın,

Vey məhü mehr, çıxın, qüdrətə nəzzarə qılın!...

Bəs Füzuli özü necə: boğaza yığıldığı dəmləri o necə ötüşdürüb? Onun da Boğaza yığılanlara qoşulmaqİstanbula, Sultan sarayına üz tutmaq kimi bir niyyəti olubmu? “Cihan PadişahıSultan Qanuni iləMöhtəşəm Süleymanla Füzulinin münasibətləri cür qurulub, hansı şəkildə davam edib? İstanbuldakıSaraya yaxın olan şairlər haqqında Füzuli nələr düşünüb, nələr yazıb?...

Hamısını indi desək, nağıl qalmazsonraya...

kulis.az

 

 





01.12.2012    çap et  çap et