525.Az

Müəllimlərin işə qəbulunda yeni qaydaların tətbiqi: səviyyə və keyfiyyət əsas meyarlardır


 

Müəllimlərin işə qəbulunda yeni qaydaların  tətbiqi: <b style="color:red">səviyyə və keyfiyyət əsas meyarlardır</b>

2009-2010-cu tədris ilindən müəllimlərin işə qəbulunda yeni qaydaların tətbiqinə başlanılıb. Müəllimlərin işə qəbulu sahəsində yeni qaydaların tətbiqini zəruri edən bir sıra səbəblər olub: yerli təhsili idarəetmə orqanları ümumi təhsil müəssisələri tərəfindən ciddi ehtiyac olmadan müəllimlərin işə qəbul edilməsi; bir stavkadan az dərs yükü ilə işləyən müəllimlərin sayının artması, müəllim-şagird nisbətinin ilbəil aşağı düşməsi; saxta, qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərən təhsil müəssisələrinin, nostrifikasiyadan keçməyən təhsil sənədləri ilə, özəl təhsil müəssisələrinin arayışları, müxtəlif kursların vəsiqələri ilə müəllimlərin işə qəbulu sair.

Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, təhsilin keyfiyyəti pedaqoji kadrların peşəkarlıq səviyyəsilə birbaşa bağlıdır. Bu baxımdan onların düzgün seçilib yerləşdirilməsi məsələsi xüsusi aktuallıq kəsb edir. Son illərdə aparılan təhlillər göstərir ki, bəzi yerli təhsili idarəetmə orqanları ümumi təhsil müəssisələri tərəfindən pedaqoji kadrlara olan tələbatın düzgün müəyyənləşdirilməməsi, vakant yerlər barədə verilən sifarişlərin real tələbatla uzlaşmaması, normadan az dərs saatına müəllimlərin işə qəbulu, normativ-hüquqi sənədlərdə qoyulmuş tələb qaydalara kifayət qədər riayət olunmaması hallarına yol verilib. Bu hallar ümumi təhsil müəssisələrində müəllim-şagird nisbətinin xeyli dərəcədə aşağı düşməsinə, süni müəllim sıxlığının yaranmasına səbəb olub, habelə kifayət qədər metodiki hazırlığı olmayan pedaqoji kadrların işə qəbuluna şərait yaradıb. Mövcud nöqsanların aradan qaldırılması məqsədilə 2008-2009-cu tədris ilindən ölkənin ümumtəhsil məktəblərində müəllim vəzifəsi Təhsil Nazirliyinin uçot nomenklaturasına daxil edilib. Bu məqsədlə 2009-2010-cu tədris ilində Bakı şəhərinin, 2010-2011-ci dərs ilində isə ölkənin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulunun yeni qaydalar əsasında müsabiqə yolu ilə aparılmasına başlanılıb. Eyni zamanda müəllimlərin işə qəbulu ali orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən gənc mütəxəssislərin “2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramıçərçivəsində həmin illərdə 2010-cu ildən isə Nazirlər Kabinetinin qərarına uyğun olaraq dövlət sifarişinə əsasən həvəsləndirmə tədbirləri tətbiq olunmaqla kadra ciddi ehtiyac olan kənd məktəblərinə birbaşa göndəriş yolu ilə aparılıb. Bu prosesin pedaqoji kadr təminatında əhəmiyyətli rolu olsa da, indiyədək həvəsləndirmə tədbirləri ali orta ixtisas təhsili müəssisələrini yalnız həmin ildə bitirən məzunlara şamil edilirdi. Bu əmrlə müəyyənləşdirilmiş yeni qaydalarda isə həvəsləndirmə tədbirlərinin pedaqoji ixtisas təhsilli 35 yaşınadək bütün gənclərə tətbiqi nəzərdə tutulub. Həmçinin, Təhsil Sektorunun İnkişafı üzrə İkinci LayihəninTəhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi tətbiqialt-komponentində müəllimlərin işə qəbulu mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə daha səmərəli sistemin yaradılması vacib bir məsələ kimi qarşıya qoyulub.

Təhsil naziri deyir ki, müəllimlərin işə qəbulu üzrə yeni qaydaların bir sıra üstünlükləri var. Yeni qaydalara əsasən elektron vasitələr tətbiq edilir, şəffaflıq obyektivlik təmin olunur. İmtahanın sonunda hər bir müəllim öz nəticəsini bilir, qiymətləndirmə insan amili olmadan aparılır, vakant yerlərə yerləşdirilmə proqram təminatı vasitəsilə aparılır həmin anda müsabiqənin nəticələri barədə məlumat hər bir namizədin şəxsi elektron səhifəsinə göndərilir.

 M.Mərdanovun dediyinə görə, bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin yüksək səviyyədə təşkili məqsədilə müvafiq təlimati sənədlər modullar hazırlanıb, nazirliyin saytında Azərbaycan müəllimiqəzetində yerləşdirilib. Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə Təhsil Nazirliyinin müvafiq əmri İcrası istiqamətində müvafiq tədbirlər görülüb.Namizədlər tərəfindən vakant yerlərin seçilməsi elektron ərizənin doldurulmasına dair təlimat, müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün elektron ərizənin doldurulması üzrə video çarx, müəllimlərin işə qəbulu üzrə elektron ərizə hazırlanıb. Müəllimlərin işə qəbulu üzrə müsabiqə prosesində obyektivlik şəffaflığın təmin olunması üçün bu il bütün lazımi tədbirlər həyata keçirilib: “Bu işə başlayana qədər Azərbaycanda ümumtəhsil məktəblərində müəllimlərin sayı təxminən 170 min nəfər idi. Müəllimlərin işə qəbulunda əsassız müdaxilələr, saxta diplomlarla işə qəbul olunanlar mövcud idi. Ciddi ehtiyac olmadığı halda yerli təhsili idarəetmə orqanları ümumtəhsil müəssisələri tərəfindən müəllimlər işə qəbul edilir, bəzi hallarda bir stavkadan az dərs yükünə müəllimlər işə götürülürdü. Müəllim-şagird nisbəti ilbəil aşağı düşərək 1:10-dan 1:8-ə enmişdir.  Bu prosesə başlamazdan əvvəl xeyli hazırlıq işləri görüldü. İlk növbədə ULTRA şirkəti arasında müqavilə imzalandı, həmin müqaviləyə əsasən müəllimlərin işə qəbulunun proqram təminatı işlənib hazırlandı artıq iki ildir ki, tətbiq edilir. Qeyd edim ki, həmin proqram təminatının köməyi ilə ərizələrin qəbulu müsabiqə elektron vasitələrin tətbiqi ilə həyata keçirilir, bu zaman şəffaflıq obyektivlik təmin edilir, imtahanın sonunda hər bir müəllim öz nəticələrini bilir, qiymətləndirmə insan amili olmadan həyata keçirilir, vakant yerlərə yerləşdirmə proqram təminatı vasitəsilə aparılır müsabiqənin nəticələri barədə məlumat dərhal hər bir müəllimin şəxsi elektron səhifəsinə göndərilir”.

M.Mərdanovun dediyinə görə, bu il ölkə üzrə ümumtəhsil müəssisələrində 3270 vakant yer olmuşdur ki, onlardan da 277-si Bakı şəhərinin ümumtəhsil məktəblərinə aiddir. Bakı şəhərində fiziki tərbiyə ingilis dili müəllimlərinə daha çox ehtiyac olduğunu diqqətə çəkən nazir, fənlər üzrə vakant yerləri göstərən cədvəlin pedaqoji ali məktəblərə gələcək işlərini müəyyənləşdirmək üçün vacib olan zəruri informasiya verdiyini söyləyib. Vakant yerlərdən 2945-nin ölkənin digər rayon şəhərlərinin ümumtəhsil məktəblərində olduğunu deyən nazir müvafiq cədvələ əsaslanaraq bölgələrdə coğrafiya müəlliminə daha çox ehtiyac duyulduğunu, kimya biologiya müəllimlərinə ehtiyacın digərlərinə nisbətdə çox olduğunu vurğulayıb. Lakin bunlarla yanaşı nazir bəzən yerlərdən alınan məlumatların düzgün olmadığını, məktəb direktoru RTŞ müdirləri tərəfindən vakant yerlərin gizlədilməsi hallarına yol verildiyini təəssüf hissi ilə bildirdi belə hallar baş verdiyi təqdirdə  kollegiyanın qərarında müvafiq cəza tədbirləri görülməsinin nəzərdə tutulmasını zəruri sayıb.

Nazir peşə liseyləri üzrə müəyyənləşdirilmiş vakant yerlərin sayı haqqında da məlumat verərək bu təhsil müəssisələrində bütövlükdə 48 vakant yerin olduğunu bildirib: “Təhsil Nazirliyinin İnternet saytındaMüəllimlərin işə qəbuluelektron xidmət sahəsi yaradılmış orada qəbulu tənzimləyən müvafiq linklər yerləşdirilmişdir. Müəllimlərin işə qəbulu Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində aparılmış, burada imtahanların keçirilməsi üçün müvafiq şərait yaradılmış, o cümlədən 3 imtahan otağında 70 kompüter yerləşdirilmişdir.İyunun 29-daAzərbaycan müəllimiqəzetində vakant yerlər barədə elan verilmiş, iyulun 1-dən isə müsabiqədə iştirak etmək üçün elektron ərizələrin qəbuluna başlanmışdır. İyulun 15- ərizə qəbulu dayandırılmış, sonrakı 5 gün ərzində isə ərizələr araşdırılaraq təsdiqlənmişdir. Ümumilikdə 3270 vakant yerə işə qəbul üçün 16195 nəfərin ərizə verib. Bütövlükdə vakant yerlər, o cümlədən bəzi fənlər üzrə çox böyük müsabiqə vəziyyəti yaranib. 728 ərizə işə qəbul üzrə reqlamentin tələblərinə uyğun gəlmədiyi üçün ləğv edilmişdir ki, bu da əsasən ixtisasların uyğun olmaması ilə əlaqədar olub. İmtahanların nəticələrinə əsasən 2710 nəfər seçdiyi yerə qəbul olunub, onlardan 447 nəfərin müsabiqə nəticələri ləğv edilmiş, müsabiqənin yekununda isə işə qəbul olunanların sayı 2263 nəfərdir. Müsabiqə nəticələrinin ləğv olunma səbəblərinə gəlincə bildirim ki, 418 nəfər qəbul olunduğu yerdən imtina etdiyi, 29 nəfər sənədlərində uyğunsuzluq olduğuna görə müsabiqə nəticələri ləğv edilib. Qəbul olunduğu yerdən imtina edənlərə gəldikdə onlardan bəzilərinin bu addımı seçim edərkən məktəbin harada yerləşdiyini bilməməsi, bəzilərinin ailə vəziyyəti ilə bağlı, bir çoxlarının isə məktəbin yaşadıqları yerdən çox uzaqda yerləşməsi,  imtahanda özünü sınamaq istəməsi səbəbindən atıb. Reqlamentə uyğun olaraq imtina olunan, ümumiyyətlə seçilməyən müsabiqənin gedişi müddətində yaranan vakant yerlərə işə qəbul üçün əlavə yerləşdirmə aparılmış, nəticədə daha 534 nəfər işə qəbul olunmuş, beləliklə, müsabiqənin yekununa görə ümumilikdə işə qəbul edilənlərin sayı 2797 nəfər olub”.

Gənc mütəxəssislər üçün nəzərdə tutulan həvəsləndirmə tədbirlərinə toxunan nazir qeyd edib ki, artıq bir neçə ildir hökumətin müvafiq qərarı ilə daha çox müəllimə ehtiyacı olan ucqar yerlərə müəllimlər göndərilir. Bu məqsədlə hər il mövcud vakansiyalar təhlil olunur, həvəsləndirmə tədbirləri tətbiq olunan limit yerləri müəyyənləşdirilir Maliyyə Nazirliyinə təqdim edilir. Bu il vakant yerlərdən 411-i  H-1, yəni rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən məktəblərdə, 389-u isə H-2, yəni rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə olmaqla cəmi 800 yerə həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulmuşdur.

Nazir gənc mütəxəssislərə edilən güzəştləri diqqətə çatdıraraq dövlət sifarişinə əsasən yerlərində əmək fəaliyyətinə başlayan 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri ödəmək üçün 40 manat məbləğində kompensasiyanın, rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən ümumtəhsil müəssisələrində əmək fəaliyyətinə başlayanlara isə aylıq əməkhaqqına ayda 70 manat əlavənin, yol xərcinin, əmlakın daşınması üçün nəqliyyat xərcinin ilkin yaşayış şəraitinin yaradılması üçün əməkhaqqının 2 misli həcmində birdəfəlik yardımın ödənildiyini, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahəsinin ayrılmasına ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsinin nəzərdə tutulduğunu deyib”.

Təhsil nazirinin sözlərinə əsasən, imtahanların nəticələri elan olunduqdan sonra işə qəbul olunanların siyahısı Təhsil Nazirliyinin İnternet saytında yerləşdirilir. Siyahılar müsabiqə komissiyası tərəfindən təsdiq edildikdən sonra Təhsil Nazirliyinin müşaiyətedici məktubu ilə yerli təhsili idarəetmə orqanlarına müvafiq peşə liseylərinə göndərilir.

Nazir müsabiqədə iqtirak üçün ibtidai sinif ingilis dili müəllimlərinin daha çox ərizə verdiyini qeyd edib: “Elan olunmuş 3270 vakant yerdən 326- imtahanda iştirak edən 14285 müəllimin heç biri tərəfindən seçilməyib. 279 vakant yer isə həm imtahan zamanı, həm əlavə yerləşdirmə prosesində heç bir namizəd tərəfindən seçilməyib. Seçilməmiş vakant yerlərindən 52-nin biologiya, 83-nün coğrafiya, 36-nın fizika, 82-nin kimya s. müəllim ixtisaslarına aid olub, ən çox İmişli, Laçın, Gədəbəy, Lerik, Quba, Yardımlı Ağsu rayonlarının payına düşüb. 3270 vakant yerdən 982-si bir stavkadan az dərs saatı nəzərdə tutulan yerlər olub”.

Nazir bildirib ki, reqlamentə uyğun olaraq imtahanlar başa çatdıqdan sonra bir həftə ərzində apelyasiyaya baxılıb, həmin müddət ərzində cəmi 9 apelyasiya şikayəti daxil olub. Müraciət edənlərin sayının az olması bu işin şəffaf obyektiv aparılması ilə əlaqədardır: “İşə qəbul prosesində ortaya bir sıra problemlər çıxıb. Bəzi namizədlərin reqlamentin tələblərinə düzgün riayət etməmələri müsabiqə prosesində bir sıra ciddi çətinliklər yaratmışdır. İmtahan keçirilən otaqların sayının məhdudluğu müsabiqə iştirakçıları üçün nəzərdə tutulmuş fərdi kompüterlərin azlığı imtahanların müddətinin uzanmasına səbəb olmuşdur, bəzi yerlərdə işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanmasında gecikdirmə hallarına yol verilmişdir”.

Təhsil naziri müəllimlərin işə qəbulu mexanizminin təkmilləşdirilməsinə dair bir sıra təkliflər irəli sürüb. Nazir bildirdi ki, işə qəbulun daha çevik qısa vaxtda yerinə yetirilməsini təmin etmək üçün geniş imkanlara malik imtahan binasının olmasına ehtiyac vardır. Bu məqsədlə Təhsil Nazirliyinin tabeliyində təlim-tədris-imtahan Mərkəzinin yaradılması ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldırılması, müəllimlərin işə qəbulu üzrə Qaydalara müvafiq əlavə dəyişikliklər edilməklə Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi üçün tədbirlər görülməsi, işə qəbulun proqram təminatının təkmilləşdirilməsi istiqamətində ULTRA şirkəti ilə aparılması, həvəsləndirmə tədbirlərinin həcminin artırılması üçün müvafiq təkliflər hazırlanaraq hökumətə təqdim edilməsi nəzərdə tutulub.

M.Mərdanov qeyd edib ki, müəllimlərin işə qəbulunda mərkəzləşdirilmiş vahid sistemə keçidlə əlaqədar dövlət ali orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən məzunların yerinə göndərilməsi üçün təyinatların verilməsi dayandırılıb. Pedaqoji profilli dövlət ali orta ixtisas təhsili müəssisələrinin rəhbərləri məzunlara müəllimlərin işə qəbulu üzrə yeni qaydalar barədə ətraflı məlumat verməyi geniş izahat işi aparmağı təmin etməlidirlər. Yerli təhsil idarələri Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri Nazirlər KabinetininTəhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqındaqərara uyğun müəllimlər arasında dərs bölgüsünün aparılması təmin olunmalıdır. Hər tədris ili başa çatdıqdan sonra 10 gün ərzində vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə nazirliyin Strateji təhlil, planlaşdırma kadrların idarə olunması şöbəsinə təqdim edilməlidir. Onlar işə qəbul üzrə müsabiqənin nəticələrinə uyğun olaraq nazirliyin rəsmi məktubu əsasında vakant yeri tutmuş müəllimlərlə əmək müqaviləsinin bağlanmasını əmrlə rəsmiləşdirilməlidir. Əlavə güzəştlər stimullaşdırıcı tədbirlər şamil olunmaqla kənd yerlərindəki ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş pedaqoji kadrlara Nazirlər Kabinetinin qərarına uyğun həvəsləndirmə tədbirlərinin tətbiqi ilə bağlı məsələlər həll edilir. Bu zaman həvəsləndirmə tədbirləri ali orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş yaşı 35-dək olan gənclərə şamil olunacaq. Rayon şəhər daxilində bir ümumtəhsil müəssisəsindən digərinə eyni ixtisas müəllimlərinin qarşılıqlı yerdəyişməsi müvafiq məktəb rəhbərlərinin razılığı əsasında, bir ümumtəhsil müəssisəsində işləyən müəllimin digər ümumtəhsil müəssisəsində mövcud olan vakant yerə yerdəyişmə yolu ilə işə qəbulu isə Təhsil Nazirliyinin razılığı əsasında, yerli təhsili idarəetmə orqanının əmri ilə həyata keçirilir. İşə qəbul üzrə müsabiqə başa çatanadək elan edilmiş vakant yerlərə rayon (şəhər) daxilində yerdəyişmə yolu ilə ya əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanmasına, eləcə bir rayondan (şəhərdən) digərinə yerdəyişmə yolu ilə müəllimlərin işə qəbuluna icazə verilmir. Analıq məzuniyyəti yerinə müəllimlərin işə qəbulu yerli təhsili idarəetmə orqanlarının razılığı əsasında ən çoxu 3 il müddətinə əmək müqaviləsi bağlanmaqla məktəb direktorunun əmrinə əsasən aparılır. Həmin müddət bitdikdən sonra əmək müqaviləsinin tərəf, müddət şərtlərinə yenidən baxılır. Nazirliyin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi nazirliyin rəsmi internet saytındaMüəllimlərin işə qəbulu üzrə müsabiqəsəhifəsinin açılmasını, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş məlumatların həmin səhifədə yerləşdirilməsi təmin edilir: “Müəllimlərin işə qəbulunun tənzimlənməsi ilə əlaqədar əmək qanunvericiliyindən yeni əmrdən irəli gələn tələblərə ciddi riayət olunması, eləcə yol verilən nöqsanlara görə bilavasitə məsuliyyət daşımaları yerli təhsili idarəetmə orqanlarının ümumi təhsil müəssisələri rəhbərlərinin nəzərinə çatdırılır. Müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol vermiş yerli təhsili idarəetmə orqanları ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tətbiq edilir”.

M.Mərdanov əlavə edib ki, Azərbaycanda müəllimlərə xüsusi dövlət qulluğu statusunun verilməsi ilə əlaqədar müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik ola bilər. Nazirlik müəllimlərə xüsusi dövlət qulluğu statusunun verilməsi ilə bağlı təkliflərini artıq hökumətə təqdim edib. Yalnız bu barədə qərar qəbul olunduqdan sonra müəllimlərin işə qəbulu qaydalarında dəyişikliyin edilməsi barədə düşünmək olar. İşə qəbul qaydalarında hansı dəyişikliklərin ediləcəyini indidən açıqlaya bilmərəm. Bu məsələdə hər şey dövlət başçısının sərəncamı ilə 10 illik Milli Təhsil Strategiyasının hazırlanmasından asılıdır. Mən düşünürəm ki, həmin strategiya təsdiq edildikdən sonra bu məsələlərə aydınlıq gələcək”.

Nazir deyir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin 1-ci mərhələsi elektron ərizələrin qəbulu namizədin göstəriciləri əsasında ilkin qiymətləndirilmənin aparılmasından ibarətdir. Bu mərhələdə namizəd təhsil səviyyəsi (bakalavr, magistr, orta ixtisas təhsili), təhsil müddətində topladığı orta bal, müsabiqələrdə ixtisasartırma kurslarında iştirakı, əməyinin qiymətləndirilməsi sair göstəriciləri daxil etməklə elektron ərizə verir. Elektron ərizədəki göstəricilər daxil edilən kimi proqram təminatı vasitəsilə hər bir göstəricinin əmsalına uyğun ballar toplanır nəticə məlumat bazasında namizədin elektron səhifəsinə qeyd edilir. II mərhələnamizədin kompyuter qarşısında elektron imtahan verməsi. Hər bir namizədə öz ixtisası üzrə məktəb proqramı əsasında tərtib edilmiş 25 sual, ümumi metodikadan 5 sual, məntiqdən 5 sual olmaqla, ümumilikdə 35 test tapşırığı verilir onun cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının 80 daha yüksək faizinə düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunur. Respublikanın kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerlər üçün (H1 H2) keçid balı sualların 60 daha yüksək faizinə düzgün cavab verilməsi nəzərdə tutulur. Hər bir fənn üzrə imtahan başa çatdıqdan dərhal sonra kompyuter proqramı keçid balını toplamış namizədlərin yüksək baldan başlayaraq vakant yerlərə yerləşdirilməsini həyata keçirir müvafiq məlumatlar dərhal namizədlərin şəxsi səhifələrinə göndərilir. III mərhələmüsabiqədən keçərək işə qəbul olunmuş müəllimlərlə müsahibə: “Bu mərhələ aşağıdakı məsələləri əhatə edir: fənlər üzrə müəllimlər tərtib edilmiş qrafik əsasında şəxsi işlərini, o cümlədən təhsil sənədlərini Komissiyaya təqdim edir, sənədlərə baxılır,müəllimin qəbul olunduğu yerdə işləyib-işləməyəcəyi bir daha dəqiqləşdirilir, yeni işə qəbul olunmuş ibtidai sinif müəllimlərinin kurikulum üzrə təlimə cəlb olunması məsələsi həll edilir, bütün bunlarla yanaşı, müsahibə mərhələsində işə qəbul olunanların müəllimlik keyfiyyətləri müşahidə edilir problem aşkar olunarsa, Komissiya tərəfindən müvafiq qərar qəbul olunur”.

Nazir qeyd edib ki, işə qəbul üzrə müsabiqənin tərkibinə Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları daxil edilən, onlar üzərinə düşən təşkilati sənədləşdirmə məsələlərini məsuliyyyətlə yerinə yetiriblər. Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırması idarəsində işə qəbul prosesinin yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi şərait yaradılmış, zəruri texniki işlərin yerinə yetirilməsində idarənin rəhbərliyi əməkdaşları yaxından köməklik göstəriblər. Təhsil Nazirliyi ilə bağlanan müqavilə əsasında ULTRA şirkəti tərəfindən imtahan prosesinə mütəxəssis texniki kömək məqsədilə işçi qrupu yaradılıb, onlar öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetiriblər. Yerli təhsili idarəetmə orqanlarının ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən yeni işə qəbul olunan müəllimlərin işə təyin edilməsi məsələsinin qəsdən yubadılması hallarına yol verilib. İşə qəbul olanlara vakansiya barədə verilən məlumatda göstərilmiş saatdan az dərs saatı verilib. Ucqar kənd məktəblərinə işə qəbul olunan müəllimlərə diqqət qayğının göstərilməməsi, yaşayış yeri ilə təmin olunmaq digər həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi məsələlərinin həll edilməsində yerli təhsili idarəetmə orqanlarının, ümumi təhsil müəssisələrinin rəhbərlərinin laqeydlik göstərməsi hallarına görə nazirliyə şikayətlər daxil olub. Bu səbəbdən işə qəbul olunmuş bəzi müəllimlər ucqar kənd məktəblərində işləməkdən imtina ediblər.

Yaş senzinə görə işdən azad edilən müəllimlər hesabına vakansiyaların yaranması işə qəbul olunan müəllimlərin öz yerlərindən imtinasına yerdəyişmələrlə əlaqədar müraciətlərin artmasına səbəb olub: “Müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malikKadr təminatı təlim Mərkəzinin yaradılması. Təhsil Problemləri İnstitutu ilə birgə şagird kontingenti az olan məktəblərin kadr təminatının təhlil edilməsi qoşaixtisaslı müəllimlərin hazırlanması üçünn məqsədli yenidənhazırlanma təhsilinin təşkili, ali məktəblərdə qoşaixtisaslı müəllim kadrlarının hazırlanması işinin təşkili, orta ixtisas təhsili bazasında pedaqoji kadr hazırlığının dayandırılması, dərs ili ərzində yaşı 65-ə çatmış pedaqoji işçilərlə bağlanmış əmək müqaviləsinin müddətinin dərs ilinin sonunadək uzadılması ilə bağlı təlimati sənədin hazırlanması nəzərdə tutulub. Müəllimlərin işə qəbulu üzrə Qaydaların Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi, əsassız yerdəyişmələrin qarşısının alınması məqsədilə Qaydalarda işə qəbul olunan müəllimlər üçün məcburi çalışma müddətinin (3 il) müəyyənləşdirilməsi, müəllimlərin işə qəbulunun proqram təminatının təkmilləşdirilməsi”.

Sevinc QARAYEVA

 





02.12.2012    çap et  çap et