525.Az

"Muğam aləmi" ərəfəsində daha bir konsert


 

"Muğam aləmi" ərəfəsində daha bir konsert<b style="color:red"></b>

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən  IV Beynəlxalq  Muğam Festivalına həsr olunmuş silsilə tədbirlər davam edir.
 
"Çahargah" dəstgahına həsr olunan növbəti konsert əməkdar artistlər Teyyub Aslanov, Ruzə İbişova və  "Muğam sənəti", "Xalq Çalğı Alətləri İfaçılığı" kafedrasının tələbələrinin ifası ilə keçib.  Ustad xanəndələrin və tələbələrin ifasında həyəcan hissi ilə zəngin "Çahargah" dəstgahının xarakteri tam şəkildə öz əksini tapıb. 

İfadan əvvəl Teyyub Aslanov ifa olunacaq dəstgahının tarixi, şöbələri haqqında ətraflı məlimat verib. 

Universitetin müəllim və tələbələrinin, muğam biliciləri və muğamsevərlərin iştirak etdiyi konsertdə  səs imkanları, seçilmiş qəzəllər və Hacıbaba Hüseynovun təsnifləri vəhdət təşkil edərək, dinləyicilərə zövq verib.

 





05.03.2015    çap et  çap et