525.Az
Natiq Əliyev Brüsselə gedir
Azərbaycanın energetika naziri Natiq Əliyev martın 9-da Brüsselə rəsmi səfər edəcək.
"APA-Economics"in məlumatına görə, səfər çərçivəsində nazir Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç ilə görüşəcək.
Tərəflərin enerji sahəsində fikir mübadiləsi aparacağı gözlənilir.
05.03.2015 çap et