525.Az

Ötən il Azərbaycanda 86 adda dini ədəbiyyatın yayılmasının qarşısı alınıb


 

Ötən il Azərbaycanda 86 adda dini ədəbiyyatın yayılmasının qarşısı alınıb<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində ötən il ölkəyə daxil olan 884 adda dini ədəbiyyatdan 86 adda olanının ölkədə yayılmasının qarşısını alıb.

APA-nın məlumatına görə, Azərbaycan hökumətinin 2014-cü il üzrə hesabatında bildirilir ki, buna səbəb həmin ədəbiyyatların dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ etməsi olub.
 
Bundan başqa, ölkədə çap olunmaq məqsədilə ekspertizaya 166 adda dini ədəbiyyat təqdim olunub, onlardan 3 adda olanının çapına razılıq verilməyib. Bununla yanaşı, hüquq-mühafizə orqanlarından Komitənin dinşünaslıq ekspertizasına göndərilmiş 952 adda dini ədəbiyyata baxılıb, onlardan 336 adda dini ədəbiyyatın zərərli olduğu müəyyən edilib.
 
Hesabatda o da qeyd olunub ki, ötən il ərzində dini qurumların qeydiyyata alınması prosesi davam etdirilərək ümumilikdə 597-yə çatıb. Bununla da indiyə qədər dövlət qeydiyyatından keçmiş dini qurumlardan 576-sı İslam, 21-i qeyri-islam təmayüllüdür. Sonunculardan 12-si xrisitan, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

 





05.03.2015    çap et  çap et