525.Az

“Biz Sizi Unutmadıq!” - Fotolar


 

“Biz Sizi Unutmadıq!” - <b style="color:red">Fotolar</b>

Bu gün səhər saatlarında "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə paytaxtın müxtəlif rayonlarında "Biz sizi unutmadıq - 3" adlı aksiya keçirib.
 
Birlikdən 525.az-a verilən məlumata görə, "Yeni Üfüq"-ün üzvləri Bakının müxtəlif küçələrində şəhərin təmizlik işlərini həyata keçirən fədakar Azərbaycan qadınlarını təbrik ediblər. Onlar bu zəhmətkeş qadınlara öz səmimi təbriklərini çatdıraraq, onlara bayram hədiyyələri veriblər.

Birliyin sədri Sevinc Əzimbəyli deyib ki, “Biz Sizi unutmadıq” adlı aksiya artıq üçüncü ildir həyata keçirilir:

“Bizim əsas məqsədimiz 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, şəhərimizin təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar ana və bacılarımızı sevindirməklə, onları unutmadığımızı bildirək.

Digər tərəfdən də imkanlı şəxsləri, bütövlükdə cəmiyyəti əlamətdar günlər də üzərimizdə hər zaman haqqı olan belə zəhmətkeş insanları unutmamağa təşviq etməkdir”.

 





06.03.2015    çap et  çap et