525.Az

“Altılıq” ölkələri və İran arasında nüvə proqramına dair danışıqlar yekunlaşıb


 

“Altılıq” ölkələri və İran arasında nüvə proqramına dair danışıqlar yekunlaşıb<b style="color:red"></b>

İsveçrənin Montrö şəhərində “altılıq” ölkələri və İran arasında nüvə proqramına dair danışıqlar yekunlaşıb.

 APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, “altılıq”-Tehran danışıqlarının növbəti raundundan əvvəl ABŞ dövlət katibi Con Kerri bə İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin iştirakı ilə üç gün davam etmiş ABŞ-İran diskussiyaları keçirilib. 
 
Tərəflər arasında müəyyən irəliləyişə nail olunduğu, lakin kompromisin əldə olunması barədə danışmaq hələ tez olduğu bildirilir.
 
Məhəmməd Cavad Zərifin sözlərinə görə, tərəflər razılaşmaya nail olmaq üçün  gecə-gündüz çalışmağa hazırdır: “Biz buna çox yaxınıq, lakin, eyni zamanda, çox uzaq da ola bilərik”. 
 
 
“Altılıq” ölkələri və İran martın 24-dək nüvə proqramına dair siyasi razılığa gəlmək və iyunun sonunadək artıq hərtərəfli sazişin hazırlanması istiqamətində səy göstərməkdə davam edirlər.

 





06.03.2015    çap et  çap et