525.Az

MTN ötən il 297 kiloqramdan çox narkotik vasitə aşkar edib


 

MTN ötən il 297 kiloqramdan çox narkotik vasitə aşkar edib<b style="color:red"></b> Ötən il Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstələrin, ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən müvafiq tədbirlər görülüb.
 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.
 
İl ərzində həmin qəbildən olan şəxslərdən 297 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə (o cümlədən 183 kq heroin) götürülərək dövriyyədən çıxarılıb.
 
Faktlarla bağlı 34 cinayət işi başlanılıb, 69 Azərbaycan və 3 Rusiya vətəndaşı istintaqa cəlb olunub.
 





06.03.2015    çap et  çap et