525.Az

“Junior Eurovision 2012”də təmsilçilərimiz sondan ikinci oldular (VİDEO)


 

“Junior Eurovision 2012”də təmsilçilərimiz sondan ikinci oldular<b style="color:red"> (VİDEO)</b>

Azərbaycan müsabiqədə 12 ölkə arasında 11 –ci yeri tutub

Onuncu dəfədir ki, keçirilən “Junior Eurovision 2012” Mahnı Müsabiqəsinin qalibi müəyyən olunub.

Lent.az-ın məlumatına görə, Niderlandın paytaxtı Amsterdamda, “Heineken Music Hall” da keçirilən müsabiqədə səhnəyə ardıcıl olaraq Belarus, İsveç, Azərbaycan, Belçika, Rusiya, İsrail, Albaniya, Ermənistan, Ukrayna, Moldova, Gürcüstan, Niderland çıxış ediblər.

İştirakçıların çıxışından sonra səsvermə başlayıb.
Müsabiqə qalibi 50% münsiflər və 50% tamaşaçı səsverməsi ilə müəyyən olunub. Səsvermənin nəticələrinə əsasən,bütün ölkələrdən yüksək xal alan Ukrayna təmsilçisi Anastasiya Petrik 138 səs çoxluğu ilə müsabiqənin qalibi olub.

Müsabiqədə ikinci yeri Gürcüstan (103), üçüncü yer Ermənistan - (98) tutub.

Növbəti sıralama belədir:
4.Rusiya - 88,
5.Belçika -72,
6.İsveç- 70,
7.Niderland- 68,
8.İsrail- 68,
9.Belarus -56,
10.Moldova -52,
11. Azərbaycan -49,
12. Albaniya-35.

Şouda üçüncü nömrə altında çıxış edən Azərbaycan təmsilçiləri Ömər Sultanov və Suada Ələkbərova “Boys and girls” mahnısını səsləndiriblər. Müsabiqəyə bu ildən etibarən qoşulan ölkəmiz yarışmada 11-ci yeri tutub.

Azərbaycana səs verən ölkələr : Belarus(2), İsveç(3), Belçika(1), Rusiya(3), Albaniya (10), Ukrayna(5), Niderland (4), Gürcüstan(8)xal veriblər.

Azərbaycanın xal verdiyi ölkələr : İsveç (1), Rusiya(2),Belçika(3), Ukrayna (4), İsrail(5),Niderland(6), Belarusiya (7), Gürcüstan(8), Moldova(10), Albaniya(12)

Azərbaycan səs verdiyi ölkələrin adlarını Leyla Hacıyeva çatdırıb.

Azərbaycan tamaşaçıları müsabiqəni İctimai Televiziyadan canlı olaraq izləyiblər.

525.az təmsilçilərimizin çıxışını təqdim edir.



 





02.12.2012    çap et  çap et