525.Az

Gənc musiqiçinin müəllif konserti - "Cənnət lövhələri"


 

Gənc musiqiçinin müəllif konserti - "Cənnət lövhələri"<b style="color:red"></b>

Martın 5-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksində bu təhsil müəssisəsinin şagirdi Arzu Abbasovanın "Cənnət lövhələri" adlı müəllif konserti keçirilib. Konsert 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub.

Əvvəlcə A.Abbasovanın yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, o, 2011-ci ildə Bakıdakı G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olub və hazırda həmin məktəbdə təhsilini davam etdirir.

A.Abbasova 12 yaşında "Bahar gəldi", "Yeni gün", "Zarafat" "Rəqs fantaziyası" kimi kiçik həcmli, fortepiano üçün pyeslər yazıb. 2014-cü ildə A.Abbasovanın fleyta və fortepiano üçün bəstələdiyi "Nağıllar aləmində" əsəri Rusiya Federasiyasının "İstedadlı Gənclər və Uşaqlar" Dövlət Fondu tərəfindən keçirilən, gənc bəstəkarların XVII beynəlxalq müsabiqəsinin qalibi olub.

Konsertdə A.Abbasovanın "Sülh nəğməsi", "Nağıllar aləmində" "Fantaziya", "Cənnət lövhələri", "Bayram sevinci", "Bayraq" və digər əsərləri səsləndirilib.

 





06.03.2015    çap et  çap et