525.Az

"Xeyirlə Şərin rəqsi"nin çəkilişləri başlanıb


 

"Xeyirlə Şərin rəqsi"nin çəkilişləri başlanıb<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Xeyir ilə Şərin rəqsi" adlı bədii filmin çəkilişlərinə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xalq yazıçısı Çingiz Abdullayevin "Quba kapriççosu" romanının motivləri əsasında ekranlaşdırılan filmin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayevdir.

Qubanın Qırmızı qəsəbəsində Qacar şah nəslinə mənsub qədim nadir almazın axtarışı əsas süjet xəttini təşkil edən filmin çəkilişləri Qubada, Bakı şəhərinin müxtəlif ərazilərində və kinostudiyanın pavilyonlarında qurulmuş dekorasiyalarda aparılır.

 

 





06.03.2015    çap et  çap et