525.Az

Almaniyalı rəssamların Bakı təəssüratları


 

Almaniyalı rəssamların Bakı təəssüratları <b style="color:red"></b>

"Augsburger Allgemeine" qəzetində "Onlar odlar ölkəsinə heyrandır" başlıqlı məqalə dərc olunub.

Məqalədə Babenhauzerdən olan rəssamlar Adi Hösle və Marqret Ayherin Azərbaycana səfəri barədə məlumat verilir.

Qeyd edək ki, səfər Marqret Ayherin Bakıda "YARAT" Müasir İncəsənət Məkanının dəvəti ilə "Yay" Qalereyasında açılan xalça rəsmləri sərgisinə həsr edilib. Səfər çərçivəsində alman rəssamlar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, tanınmış incəsənət xadimləri və tələbələrlə görüşüblər.

Məqalədə almaniyalı rəssamlar təəssüratlarını belə bölüşür: "Xəzər dənizinin sahilində yerləşən bu ölkədə rəssamlıq və heykəltəraşlıq nümunələri Sovet dövründən olan üslubla müasir üslubun qarışığından ibarətdir. Azərbaycanda müasir incəsənət inkişaf etməkdə və bununla da incəsənət aləmində yeni nəsil yetişməkdədir. Xəzər dənizinin sahilində yerləşən, müasir üslubdakı tikililəri göz oxşayan Bakı, axşam işıqlanarkən xüsusi gözəlliklə insanı valeh edir".

Azərbaycanlıların qonaqpərvərlik almaniyalı rəssamları heyrətləndirib. Rəssamlar Bakıda olduqları bir həftə ərzində şəhərlə yaxından tanış olmaqla yanaşı, Qobustan Milli Tarix-Bədii Qoruğuna və palçıq vulkanlarına da baş çəkmişlər. Özündə Şərq və Qərb mədəniyyətinin elementlərini birləşdirən Bakı hər iki rəssamı heyrətləndirib.

 

 





06.03.2015    çap et  çap et