525.Az

Parlament seçkiləri təxirə salına bilərmi?


 

SİYAVUŞ NOVRUZOV: "BU, GÖZLƏNİLƏN DEYİL"

Parlament seçkiləri təxirə salına bilərmi?<b style="color:red"></b>

"Qarşıdan gələn 5-ci çağırış parlament seçkilərinin təxirə salına biləcəyini güman etmirəm. Güman etmirəm ki, belə bir hal baş verə bilər və ya bilsin".

Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) deputatı Siyavuş Novruzov ötən ilin yayından Ermənistan-Azərbaycan cəbhəsində ermənilər tərəfindən atəşkəsin əvvəlki illərlə müqayisədə daha intensiv şəkildə pozulması və ikinci Qarabağ müharibəsinin başlaması ehtimalının yüksək olması səbəbindən ölkə Konstitusiyasına müvafiq olaraq Azərbaycanda növbəti parlament seçkilərinin təxirə salınmasının mümkün olub-olmaması məsələsinə münasibətini bildirərkən dilə gətirib.

S. Novruzov Azərbaycanın kifayət qədər güclü ordusunun olduğunu bildirib: "Azərbaycan həm texnika, həm təchizat cəhətdən, həm psixoloji durum cəhətdən və digər bütün cəhətlərdən Ermənistandan dəfələrlə üstündür. Bu gün Cənubi Qafqazda ən güclü ordu məhz Azərbaycana mənsubdur və Azərbaycan istənilən an bu erməni tərəfinin hücumlarının, təxribatlarının qarşısını ala bilər". 

O qeyd edib ki, Ermənistan sadəcə, su bulandırır və  gərginlik yaratmaq istəyir: "Onlar elə özləri də etiraf edirlər,  biz də dəfələrlə demişik ki, Ermənistan yenidən müharibəyə başladığı tərzdə qısa müddət ərzində Azərbaycan nəinki işğal olunmuş ərazilərini azad edəcək, həmçinin, qədim dədə-baba torpaqları var ki, Zəngəzurdur, Göyçədir, digər yerlərdir, onlara da sahib çıxacaq. Bunu Ermənistanın rəhbərliyi də, Ermənistanda yaşayanlar da gözəl başa düşürlər.
 
Bu baxımdan, su bulandırmaq, bölgəni gərginlikdə saxlamaq üçün onlar tez-tez belə pozucu hərəkətlərlə məşğul olurlar. Ancaq nə edirlər-etsinlər onların məkrli niyyətləri baş tutmayacaq. Ona görə də parlament seçkilərinin təxirə salınması gözlənilə bilməz. Yəni, seçkilərin müddətinin uzanması gözlənilən deyil. Amma Konstitusiyada bu, var. Belə bir hal baş verəcəksə, bu, Konstitusiyanın müddəasıdır".

Kamil HƏMZƏOĞLU

 





06.03.2015    çap et  çap et