525.Az

"Növbəti parlament seçkilərində qadınlarımız daha fəal olacaqlar"


 

"Növbəti parlament seçkilərində qadınlarımız daha fəal olacaqlar" <b style="color:red"></b>

"Respublikamızda dövlət qadın siyasətinin həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. O, qadın hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin tərkib hissəsi saymış və qarantı olmuş, milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görüb".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O, bildirib ki, Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar:

"Onların əldə etdikləri ictimai - siyasi, elmi, mədəni, sosial - iqtisadi və digər sahələrində əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir".

Onun sözlərinə görə, Azərbaycan Respublikasının 85 rayon üzrə İcra Hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb:

"Qadın hakimlərinin də sayı yüksələrək 65 olmuşdur. Ədliyyə orqanlarında işləyənlərin 1153 nəfəri qadındır, rəhbər vəzifələrdə çalışan qadınlar 84 nəfərdir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28%, sahibkarlar arasında isə 19%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8%-i qadınlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16%-ə çatıb. Biz inanırıq ki, növbəti parlament seçkilərində qadınlarımız daha fəal olacaqlar.

Eyni zamanda, bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilən qadınların sayı artıb. Və bu aktivliyin artırılması üçün davamlı olaraq qadınlar arasında maarifləndirici iş aparırıq".

K.HƏMİDOV

 





06.03.2015    çap et  çap et