525.Az

BDU-da yeni mərkəz


 

BDU-da yeni mərkəz Dünən Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Yunus Emre İnstitutunun türkologiya üzrə koordinatoru Yasin Tunçu qəbul edib.

525.az-ın məlumatına görə, görüş zamanı rektor BDU- nun yaranma tarixindən,inkişaf mərhələlərindən, beynəlxalq əlaqələrindən və bir çox universitetassosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri iləikitərəfli əlaqələrindən danışıb. Yasin Tunç təmsil etdiyi Yunus Emre İnstitutubarədə məlumat verib, BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Qeyd olunub ki, Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinciiclası başa çatandan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin başnaziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərininimzalanması mərasimi olub, o cümlədən “Bakı Dövlət Universiteti və Yunus Əmrəİnstitutu arasında “Türkologiya layihəsi” üzrə Əməkdaşlıq Protokolu” imzalanıb.

Yasin Tunç Yunus Emre İnstitutunun dünyanın 24 şəhərində türk dilinin vəmədəniyyətinin öyrənilməsi və araşdırmasına xidmət edən Yunus Emre TürkMədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi barədə məlumat verərək, belə birmərkəzin BDU-da da yaradılması məsələsinə toxunub.
Rektor Abel Məhərrəmov BDU-da belə Mərkəzlərin fəaliyyət göstərdiyini qeydedərək, Yunus Emre Türk Mədəniyyət Mərkəzinin BDU-da yaradılmasını türkdilinin və mədəniyyətinin öyrənilməsi və təbliği üçün önəmli addım olduğunuvurğulayıb.

S.QARAYEVA
 
 





13.09.2012    çap et  çap et