525.Az

İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinə yeni sədr seçilib


 

İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinə yeni sədr seçilib<b style="color:red"></b>

Avropa Şurasının İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) sədri vəzifəsinə seçki keçirilib.

APA-nın Avropa bürosunun xəbərinə görə, ukraynalı hüquqşünas Nikolay Qnatovski komitənin sədri seçilib. N. Qnatovski Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq üzrə professorudur.
 
Qeyd edək ki, İşgəncələrə qarşı komitəyə 4 il sədrlik etmiş azərbaycanlı hüquqşünas Lətif Hüseynovun komitədəki mandatı bu ilin dekabr ayında başa çatdığından, o, sədr vəzifəsinə namizədliyini irəli sürməmişdi. Bununla belə, L. Hüseynov 2015-ci il dekabrın 19-na qədər komitənin üzvü olaraq qalacaq.

 





06.03.2015    çap et  çap et