525.Az

“Fermerlərə verilən gübrələrin qiymətində artım olmayacaq”


 

“Fermerlərə verilən gübrələrin qiymətində artım olmayacaq”<b style="color:red"></b>

“Gübrənin ehtiyatını biz keçən ildən zəruri həcmdə yaratmışıq və hal-hazırda gübrə alışını həyata keçirmirik”.

“APA-Economics”in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunmuş müşavirədə deyib.
 
H. Əsədovun sözlərinə görə, gübrə ehtiyatı keçən ildən formalaşdığından, bu il yeni qiymət müzakirə olunmur və olunmayacaq.
 
“Söhbət yalnız gələn ildən gedə bilər. Bizim böyük ehtiyat mənbələrimiz var ki, gələn ildə də gübrələrin qiymətini qaldırmayaq”, - deyə nazir əlavə edib.

 





06.03.2015    çap et  çap et