525.Az

“Qazaxıstanla da üçtərəfli formatda əməkdaşlığın tәşkil olunması üçün iş gedir”


 

“Qazaxıstanla da üçtərəfli formatda əməkdaşlığın tәşkil olunması üçün iş gedir”<b style="color:red"></b>

“Türkiyә vә Azәrbaycanın da daxil olduğu bölgә üzrә üçtərəfli formatı effektiv şәkildә davam etdiririk”.

APA-nın mәlumatına görә, bunu Türkiyәnin Azәrbaycandakı sәfiri İsmayıl Alper Coşkun deyib.
 
Səfir xatırladıb ki, bu format çərçivəsində artıq Türkmәnistan, Gürcüstan vә İranla əməkdaşlıq aparılır vә üçtərəfli formatın bölgәdәki digәr ölkәlәrlә dә tәşkil olunması planlaşdırılır:

“Burada mәqsәd birdәn artıq ölkә ilә әmәkdaşlıq quraraq әmәkdaşlıq potensialını artırmaqdır. Bu әlaqәlәr dövlәt başçıları, xarici işlәr, müdafiә, iqtisadiyyat nazirlәri sәviyyәsindә aparılır. Bu tip әmәkdaşlığa Türkiyә vә Azәrbaycan çox önәm verir vә bu platformaların tәk bu üç ölkәyə deyil, bütün bölgәyә töhfә verәcәyinә inanırıq”.
 
İ. A. Coşkun Qazaxıstanla da bu formatda əməkdaşlığın tәşkil olunmasının planlaşdırıldığını, bu sahәdә iş getdiyini vә güclü iradә olduğunu bildirib.

 





06.03.2015    çap et  çap et