525.Az

Küveytli şairin kitabının AYB-də təqdimatı olub


 

Küveytli şairin kitabının AYB-də təqdimatı olub <b style="color:red"></b>

Azərbaycan Yazıçılar BirliyininNatəvanklubunda Küveyt şairi xanım Suad əl-SabahınMəni günəşə aparşeirlər kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Küveyt Dövlət Ədəbiyyat, Mətbuat İncəsənət Ali Şurasının baş katibi Əli Əl-Yuxa da iştirak edib. Xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca qonaqları salamlayıb, Suad əl-Sabahın şairənin yaradıcılığı təqdim olunan kitabı haqqında məlumat verib: “ Avropada, Qərbdə belə bir fikir formalaşıb ki, Şərq qadınları azadlıqdan məhrumdurlar. Amma Şərq qadınları döyüşmədən, vuruşmadan içərilərindən gətirdikləri azadlıqları şeirlərində əks etdirirlər. İnsan ya azad, ya da qul taleyi ilə doğulur. Suad əl-Sabah da azadlığı ilə bərabər doğulan bir qadındır. O, öz azadlığını bax bu kitabdakı şeirləri ilə təqdim edir. Mənə elə gəlir ki, əsl hürriyyət elə budur. Mən bu şeirləri oxuyanda böyük zövq alıram”.

 

Kitabı Azərbaycan dilinə, Babək Əhmədovun sətri tərcüməsi əsasında çevirən şairə tənqidçi Bəsti Əlibəyli deyib: “Xanım Suad əl-Sabahın şeirləri mənə olduqca doğmadır. Mən onun şeirlərini bir yazar, tərcüməçi kimi, müəllifin dəst-xəttini qoruyub saxlamaqla tərcümə etdim. O xanımı özümə doğma bildim istədim ki, Azərbaycan oxucusu Suad əl-Sabahı olduğu kimi tanısın. “Məni günəşə aparkitabı Azərbaycan dilində danışsa da, sizi əmin edirəm ki, elə Küveyt düşüncəsində oxuculara təqdim olunub. Suad əl-Sabahın şeirləri təkcə Küveyti, Şərqi yox, dünya mədəniyyətini içindən keçirən şeirlərdir”.

 

Küveyt Dövlət Ədəbiyyat, Mətbuat İncəsənət Ali Şurasının baş katibi Əli Əl-Yuxa qeyd edib ki, Suad əl-Sabah dünya ədəbiyyatında 60- illər mərhələsi kimi tanınan möhtəşəm bir dövrün yetirməsidir. Şairə xanımın ixtisasca iqtisadiyyatçı olduğunu vurğulayan qonaq onun Küveyt poeziyasında yeni bir ənəni başladaraq, onu modern Avropa şeiri ilə qovuşdurduğunu diqqətə çatdırıb: “Məni günəşə aparkitabı xanım şairənin Azərbaycan oxucuları ilə ilk görüşüdür. Mən bu təşəbbüskarlığa görə Küveyt səfirliyi adından Azərbaycanın Küveytdəki səfiri Tural Rzayevə kitabı Azərbaycan dilinə tərcümə etdiyi üçün Bəsti xanıma təşəkkürümü bildirirəm. Bir kitab uzun illərin diplomatiyasına bərabərdir. Bugünkü təqdimat bir daha sübut etdi ki, mədəniyyətin sərhədləri yoxdur”.

 

Tədbirdə Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev, Küveytin Azərbaycandakı səfiri Ğəssan Yusif Əl-Zəvavi, Küveytdən gələn nümayəndə heyətinin üzvləri çıxış edərək Şeyxa Suad əl-Sabahın ictimai-siyasi fəaliyyətindən, yaradıcılığından söz açıb, Azərbaycan Küveyt dövlətlərinin arasındakı mədəni əlaqələrdən danışıblar.

 

GÜNEL

 

 





02.12.2012    çap et  çap et