525.Az

Böyük ideala söykənən kitab


 

Böyük ideala söykənən kitab <b style="color:red"></b>

Pərvanə MƏMMƏDLİ     

 

Son illər Güney Azərbaycanda milli özünüdərk prosesi sürətlənib, milli  mədəni haqlar uğrunda hərəkata çevrilib. Bunu görməmək mümkün deyil. Tarix boyu Quzey Güneydəki hərəkata dəstək olub. Məsiağa Məhəmmədi bu ənənəni bu gün davam etdirməyi vacib sayan  ziyalılarımızdandır. Tanınmış şərqşünas-alim tərcüməçi bu işə həm qəlbinin hökmü, həm qələminin gücü ilə xidmət göstərir. Amma daha çox üzdə olmağı deyil, böyük türkçü Əli bəy Hüseynzadə sayağı, “pərdə arxasındadurmağı üstün tutur. Uzun illər elmi araşdırmaları, KİV-dəki yazıları, çıxışları onu İran Güney Azərbaycan üzrə peşəkar mütəxəssis kimi tanıdıb.

 

Məsiağa Məhəmmədinin təqdim olunanGüney Azərbaycan məsələlərikitabıMəqalələr”, “MüsahibələrTərcümələrbölümlərindən ibarətdir.

 

KitabdakıBakı-Təbriz dayanıbdır üz-üzəadlı ilk yazıda Azərbaycanın taleyüklü məsələsiQarabağ, bir Güney Azərbaycanın durumundan ürək yanğısı ilə  söz açılıb. Müəllifin bir fikri ilə razılaşmamaq olmur ki, Güney Azərbaycan bizdə uzun müddət bədii ədəbiyyatın mövzusu olub. məsələnin daim gündəmdə qalmasında, onun ümumazərbaycan problemi kimi qavranmasında şair yazıçılarımızın misilsiz rolu olduğunu da vurğulayır. Lakin bunu da qeyd etməyi lazım bilir ki, çağdaş şərtlər problemin həm elmi şəkildə araşdırılmasını, real hadisə proseslərin rasional təhlilini, məntiqi izahını tələb edir. Yalnız bu halda məsələnin ən müxtəlif aspektləri barədə adekvat təsəvvür yarana, çeşidli praktik təşəbbüslər səmərəli ola bilər. Elə kitabda toplanmış yazılarının əksəriyyəti bu amala, bu ideyaya söykənir.

 

Bu gün Güney Azərbaycanda ziyalılar, özəlliklə gənclər bütün basqılara təzyiqlərə rəğmən, bir araya gəlib öz fikirlərini kiçik ortamlarda paylaşırlar. Düşüncə duyğularının məhsulu olan yazı əsərlərini internet şəbəkələrində, kitablarda getdikcə daha sərt zorakılıqla qapadılan media vasitələrində  yayımlayırlar. Məsiağa Məhəmmədi onları birər-birər bizlərə tanıdır. Bu yazıların çoxunu o, mənim böyük həvəslə izlədiyim sosial şəbəkələrdə, internetdə paylaşır. Çox sevindiricidir ki, Məsiağa Məhəmmədi əsrimizin texniki informasiya imkanlarını mənimsəyib dəyərli yazılarını öz internet səhifəsində yerləşdirir. Onun yüksək bədii zövqünü, zəngin erudisiyasını, dünyagörüşünü əks etdirən nəfis tərtibi ilə göz oxşayan bu elektron səhifələrdə geniş  bilgilər almaq mümkündür.

 

Məsiağa müəllimMəqalələrbölümündəki yazılarında  çoxlarına az məlum olan mətləblərdən danışır, oxucunu gizlinlərdən hali edir: İranda milliyyətcə fars olan Rza şahın hakimiyyətə gəlməsindən sonra Azərbaycan türklərinə qarşı zorakı assimlyasiya siyasəti yeridilməsindən, bunu dövlət siyasəti səviyyəsində aparılmasından bununelmi əsaslarüzərində sistemləşdirib bütöv bir strategiya halına salınmasından danışır; İranda Pəhləviləridən miras qalan gerçəklikdənfarsların Azərbaycan türklərinə qarşı qısqanclığından yaranmış (İranı əsrlər boyu türkəsilli şahlar idarə edibP.M.) “Azərbaycan xofunun tarixini yada salır:

 

Fars millətçiliyinin nəzəriyyəçisi, paniranizmin banilərindən biri Mahmud Əfşarın təklifləri konkret radikal idi: türk dili qadağan olunsun, onun müstəqil dil olmadığı Azərbaycanda əvvəllər işlənmədiyielmi şəkildəsübut edilsin, Güney Azərbaycan ərazisi müxtəlif adlar altında parça-parça edilməklə, “Azərbaycanadı unutdurulsun, əhali ölkənin farsdilli bölgələrinə köçürülüb assimilyasiya olunsun s. Türklüyüsarı təhlükəkimi xarakterizə edən Əfşar yazırdı: “Sarı təhlükə müvəqqəti təhlükə deyil, bütün İran mənşəli millətlər xalqlar (iranlılar, əfqanlar, kürdlər, tatlar taciklər) üçün bir növ ümummilli daimi bir təhlükədir”. Mahmud Əfşar tövsiyə edirdi ki, fars dilinin Azərbaycanda yayılması möhkəmlənməsi üçün bütün vasitələrdənradiodan, məktəbdən, qəzet, jurnal kitablardan istifadə olunmalı, farsca çap məhsulları burada ucuz qiymətə satılmalı, hətta havayı paylanmalıdır. (Bu gün onun adını daşıyan fond həmin tövsiyəniuğurlayerinə yetirirfondun nəşr etdiyi kitablar nəinki Cənubi, hətta Şimali Azərbaycanda da havayı paylanır)... O zamandan bəri Güney Azərbaycan ərazisi parça-parça edilib 11 yerə bölünmüşdür bu proses indi davam etməkdədir”.

 

Fars millətçiləri indinin özündə Azərbaycanın yerli  sakinlərinin kökcə türk olduqlarını danır, onların dilcə türkləşmiş farslar (azərilər) olduğunu söyləyirlər. Onu da qeyd etmək vacibdir ki, fars millətçilərinin işlətdiyi termin Quzey Azərbaycanda başa düşdüyümüz mənada olmayıb, Azərbaycanın fars köklü qədim sakinlərinin dili mənasındadır.

 

Məqalədə daha sonra Məsiağa MəhəmmədiAzərbaycan xofu  sindromunun bu gün davam etdiyini göstərərək yazır: ”SSRİ-nin süqutu Quzey Azərbaycanın müstəqillik qazanması iləislamçışovinistlərin fəaliyyəti daha açıq irimiqyaslı xarakter aldı. Artıq bu fəaliyyət təkcə Güney Azərbaycana deyil, həm Azərbaycan Respublikasına qarşı yönəlmişdi. Müstəqil Azərbaycanı özləri üçün bir nömrəli təhlükə sayan panfarsistlər misli görünməmiş bir işəArazın iki sahilində yaşayanların vahid xalq olmadığınısübut etməyəgirişdilər. Cəlal Mətini, İnayətullah Rza, Kavə Bayat kimiideoloqlarbir vaxtlar Mahmud Əfşarların gördüyü işi yeni şəraitə uyğun şəkildə davam etdirməyə başladılar. 1918-ci ildə yaranmış Xalq CümhuriyyətiniAzərbaycan Respublikasıadlandırdığı üçün Məmmədəmin Rəsulzadəni yamanlamaqdan yorulmayan bu şəxslər Quzey Azərbaycanın Azərbaycan olmadığını (məhz belə!) isbatlamaq üçün dəridən-qabıqdan çıxırlar”.

 

Göründüyü kimi, Azərbaycan xalqının etnik kimliyi, dili, soykökü barədə yalan iftiraları təkcə İranda deyil, xaricdə yaşayan yenə Əhməd Kəsrəvi, Mahmud Əfşarın (təəssüflər  olsun  ki, mənşəcə azərbaycanlı olan bir çoxları öz qələmi ilə şovinist hakim dairələrin xidmətində dayanıb, onların siyasətiniəsaslandırmaqüçün dəridən-qabıqdan çıxıb) sapı özümüzdən olan xələfləri    hələ davam etdirirlər onların qarşısına elmi məxəz faktlarla çıxmaq alimlərimizin qarşısında duran mühüm vəzifələrdəndir. Həmin vəzifəni yaxşı anlayan müəllif kitabdakıGünəş hələ sönməyib”, ”Şimali İran gərək azad ola...”, ”Kuruş Babəkə qarşı bu qəbildən olan digər yazılarında qondarma millətçilik  təəssübündən doğan qeyri-elmi iddiaları tarixi mənbələr əsasında qəti şəkildə rədd edir, İranın müxtəlif müsəlman xalqları arasında nifaq yaradanların xəyanətkar niyyətlərini ifşa edir, şovinistlərin kəskin hücumuna məruz qalmış Azərbaycan mədəniyyəti tarixi üzərindəki qara yalan iftira pərdəsini götürüb əsl həqiqəti oxuculara  çatdırmağa nail olur.

 

Məsiağa Məhəmmədinin yüksək professionallıqla etdiyi tərcümələr eyni məqsədə xidmət edir; arayıb tapdıqlarını, düşüncələrini bölüşür, oxucuların informasiya dairəsini daha geniş, bədii zövqünü daha təkmil etməyə çalışır. Tərcümələrindəki dəyərli şərhlər elm aləmində ictimaiyyətdə maraq doğuracaq yeni faktları bilgiləri nəzərə çatdırmağa imkan yaradır.

 

Tərcümələrbölümündə M.Məhəmmədi Cəlal Ale-Əhmədinİran ziyalısı türk dili problemiadlı yazısına verdiyi ətraflı şərhdə görkəmli İran yazıçısını yaxından tanıdır. yazır ki, Cəlal İranda türk dili mədəniyyətini məhv etməyə yönəlik siyasətin bütün aspektlərini heyrətamiz dəqiqliklə açıqlayır. Sonra qeyd edir ki, Cəlal Ale-Əhməd Pəhləvi rejiminin qılıncının dalı da, qabağı da kəsdiyi, ifrat fars şovinizminin tüğyan etdiyi bir zamanda Cəlal haqqında əsərlər yazdığı ziyalılığın həqiqi nümunəsini göstərib, İranda Azərbaycan türklərinə qarşı yürüdülənmədəni müstəmləkəçilik” (ifadə yazıçının özünə məxsusdur) siyasəti barədə həqiqəti söyləməkdən qələmə almaqdan çəkinməyib.

 

Bu maraqlı yazı ilə tanışlıqdan sonra Cəlal Ale-Əhmədin hələ ötən əsrin 60- illərində söylədiyi bir həqiqətlə razılaşmamaq mümkün deyil. O yazırdı ki, Cənubi Azərbaycanda baş verən bütün böhranlı vəziyyətlər dil məsələsindən doğmuşdur. O qeyd edirdi ki, mədəniyyətin, təhsilin, mətbuatın kitab nəşrinin hələ yayılmadığı dövrdə İranda dil müxtəlifliyi elə bir problem doğurmurdu; 1920-ci illərin əvvəllərindən Tehran hökuməti bütün ölkədə əhalinin birdilli olmasına çalışdı, bütün səyini nəinki türk dilini məhdudlaşdırmağa, hətta onu məhv etməyə yönəltdi. 

 

Məsiağa Məhəmmədinin ustalıqla seçib tərcümə etdiyi materiallar sırasında tanınmış güneyli araşdırmaçı Hüseyn Feyzullahi Vəhid, Mehran Bahari, Sirus Mədədi, Yalçın Qaradağlı, Əli Məhəmmədi s. kimi müəlliflərin yazıları sərgilənib.

 

Bu  fakt çox düşündürücüdür ki, Sərhədsiz Reportyorlar Birliyinin son 4 ildə yaydığı hesabatlarda İran internetin düşməni, jurnalistlərin həbsxanası adlandırılıb. Kitabda yer almış Səid  MətinpurunTürk millətçiliyi: bir ittifaq arasında yol”, Abbas Lisanininİranda milli zülm məsələsi”, Şahnaz QulamininBir çağırış barədə izahat”, Əkbər PaşayininYolum aydın, alnım açıqadlı yazılarını bu baxımdan həyəcansız oxumaq olmur. Yazıların müəllifləri Güney Azərbaycan Milli Hərəkatının tanınmış mədəni fəallarıdır. Onlar müxtəlif  vaxtlarda milli-mədəni mücadilələrinə görə həbsxanalara düşmüşlər. Tək elə məqalələrin adına nəzər salanda, onların hansı hökmlə zindana salınmasını açıqlamağa ehtiyac duyulmur.

 

Güney Azərbaycan məsələlərikitabında o taylı-bu taylı vahid mədəniyyətimiz, ədəbiyyatımız haqqında yeni bilgilər əldə etmək, düşünmək üçün çox  zəngin maraqlı  yazılar, materiallar toplanıb, təqdim olunub. Bu tipli yazılar Güneydə yaşayan soydaşlarımızın öz tarixi, milli kökünə qayıdışı ona  dərindən bağlanması üçün zəmin hazırlayır.

 

...”Söz bazarının ucuzlaşdığı, efirdən mətbuat səhifələrindən mənasız ibarələrin üstümüzə axışdığı, mətləbsizkərpiclərin stolumuz üstə qalaqlanıb rəflərimizə doluşduğu bir zamanda yaxşı ki, böyük ideallara söykənən, millətin yaddaşını korşalmağa qoymayan kitablar da işıq üzü görür  bu fikri Məsiağa Məhəmmədi başqa kitab haqda söyləyib. düşünürəm ki, bu sözlər elə onun təqdim olunan kitabının boyuna biçilib.

 

 





02.12.2012    çap et  çap et