525.Az

Sınaq imtahanlarına yazılış başlayıb


 

Sınaq imtahanlarına yazılış başlayıb<b style="color:red"></b> Bu gündən Azərbaycanda keçiriləcək ilk sınaq imtahanlarına yazılış başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, aprelin 5-də komissiya tərəfindən abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyat başlayıb.
 
Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.
 
Ətraflı məlumat üçünhttp://eservices.tqdk.gov.az/sinaq/linkinə daxil olmaq lazımdır.  
 





11.03.2015    çap et  çap et