525.Az

Sekuta: "Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır”


 

Sekuta: "Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır”<b style="color:red"></b>

“Dünyanın heç bir ölkəsi Azərbaycanın yaxın tarixdə məruz qaldığı zorakılıq kimi hallardan sığortalanmayıb”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qafqaz Müsəlmanları İdarəsində (QMİ) sədr Allahşükür Paşazadə ilə keçirdiyi görüş zamanı deyib.
 
O bildirib ki, ABŞ-ın özü də bu cür hallardan sığortalanmayıb: “Ona görə də biz belə halların baş verməməsi üçün birgə çalışmalıyıq”.
 
R. Sekutanın sözlərinə görə, Azərbaycanın məruz qaldığı hadisələr bir səfir kimi onun üçün çox önəmlidir:

“Ölkənin yaşadığı ağrı-acı, xüsusilə Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır və bu hadisəni mən yaxından öyrənməliyəm. Bu, mənim üçün önəmlidir”.

 





11.03.2015    çap et  çap et