525.Az

Bakıda ev partladı, 11 yaşlı qız xəsarət aldı


 

Bakıda ev partladı, 11 yaşlı qız xəsarət aldı<b style="color:red"></b> Bakının Suraxanı rayononda mənzillərin birində partlayış baş verib.

Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, evin hamamında qaz sobası partlayıb. Nəticədə hamamda olan 11 yaşlı Məlahət Nəzərova ağır xəsarət alıb. Qızın üzü tamamilə yanıb. Məlahət Nəzərova xəstəxanaya yerləşdirilib.
 





03.12.2012    çap et  çap et